İQTİSADİYYAT


Mərkəzi Bank: Rəqəmsal ödənişlərin stimullaşdırılması üzərində çalışırıq

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı rəqəmsal ödənişlərin stimullaşdırılması üzərində çalışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “Azərbaycanda fintex ekosistemi - bu gün və sabah” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2021-ci ildə rəqəmsal ödənişlərə dair strategiya qəbul edilib və buna uyğun olaraq bu növ ödənişlərin inkişafı üzrə işlər aparılır: “Bundan başqa, yaxın zamanlarda ödəniş sistemləri haqqında qanunun qəbul olunması gözlənilir. Bu, elektron maliyyə xidmətlərinin inkişafını sürətləndirməyə imkan verəcək”.

F.Osmanov qeyd edib ki, ölkədə bank kartları ilə ödənişlərin sayı əhəmiyyətli dərəcədə artıb: “Bu gün Azərbaycanda 13 milyon kart mövcuddur və onlardan 9 milyonu təmassızdır. Ölkənin ümumi dövriyyəsində nağdsız ödənişlərin payı 41 faizə bərabərdir və biz bu göstəricini artırmağı hədəfləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.