İQTİSADİYYAT
Mərkəzi Bankın “qaynar xətti”nə 15 fiziki şəxs müraciət edib
Bakı, 13 may, AZƏRTAC
Bu günədək Mərkəzi Bankın "966" “qaynar xətti”nə 15 fiziki şəxs müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən respublika ərazisində fəaliyyət göstərən banklara inzibati binalarında (filial, şöbə) “966” “qaynar xətti” barədə məlumat lövhəsinin yerləşdirilməsi barədə göstəriş verilib. Buna əsasən, hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” “qaynar xətti”nə zəng edə bilərlər.
Mərkəzi Bankın “966” “qaynar xətti” iş günləri hesab edilən bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Eyni zamanda, müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 və +99412 493-11-22 telefon nömrəsi vasitəsilə həyata keçirilir.