İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50402676S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.5201 AZN (6.70 faiz) və 95.9693 AZN (6 faiz) olan 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 milyon 879 min 400 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 95.8730 AZN (6.15 faiz), orta ölçülmüş qiyməti 95.8798 AZN (6.14 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il iyunun 22-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]