ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada YAP-ın 30 illik yubileyinə həsr olunmuş virtual sərgi hazırlanıb
Bakı, 21 noyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş virtual sərgi hazırlanıb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə MEK-in fondlarındakı nəşrlərdən istifadə olunub.
Nəşrlərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən, dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlardan bəhs olunur. Virtual sərgidə, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün təmin edilməsində, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasındakı nailiyyətlərinin əks olunduğu ədəbiyyatlar var.
Qeyd edək ki, MEK-də oxucular üçün virtual ilə yanaşı, ənənəvi sərgi də təşkil olunub.