SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə komissiyanın dekabrın 26-da keçirilmiş iclasının protokolu təsdiqlənib.
Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərini əsas götürən komissiya vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə daxil olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul edib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.