MƏDƏNİYYƏT


Məşhur avstraliyalı müğənni vəfat edib

Bakı, 9 avqust, AZƏRTAC

Məşhur avstraliyalı müğənni və aktrisa Oliviya Nyuton-Con vəfat edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, 74 yaşlı müğənni süd vəzi xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, həm müğənni, həm də aktrisa kimi dünya şöhrəti qazanan sənətçi daha çox Con Travolta ilə birgə baş rolu canlandırdığı “Briolin” (1978) filmi ilə şöhrət qazanmışdı. Növbəti illərdə daha çox müğənni kimi populyarlıq qazanan Oliviya Nyuton-Con 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarının açılışını etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.