MƏDƏNİYYƏT


Məşhur belaruslu dirijor Vyaçeslav Voliç Bakıda çıxış edəcək

Bakı, 6 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da iştirak edəcəklər.

Operada Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək.

Aida partiyasını Azərbaycanın Əməkdar artisti, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov operada müvafiq olaraq Misir şahı və Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə isə Amneris, Cahangir Qurbanov Amonasro rollarında çıxış edəcəklər.

Opera Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç tərəfindən idarə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.