İQTİSADİYYAT
Metronun “Xalqlar dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları sərnişinlərin istifadəsi üçün açılıb
Bakı, 27 fevral, AZƏRTAC
Elektrik enerjisinin dayanıqlılığı təmin olunduğu üçün metronun “Xalqlar dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları sərnişinlərin istifadəsi üçün açılıb.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, günorta saatlarında Bakı Metropoliteninə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Xətlərin bütün sahələrində gərginlik bərpa olunub, yalnız metronun “Xalqlar dostluğu”-“Həzi Aslanov” sahəsində stansiyasında gələn elektrik enerjisinin dayanıqlılığı olmadığından “Xalqlar dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarının fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyyə olunub. Hər 3 stansiyada dizel generatorlar qoşularaq qatarlar stansiyalara çıxarılıb. Təhlükəsizlik tədbirləri görüldükdən sonra, qatarların hərəkəti minimal tələblər səviyyəsində bərpa edilib.