İDMAN


Milli Hokey Liqasının yeni mövsümünün bərpa tarixi məlum olub

Milli Hokey Liqasının yeni mövsümünün bərpa tarixi məlum olub

Bakı, 4 iyul, AZƏRTAC

Milli Hokey Liqasının (MHL) yeni mövsümünün bərpa tarixi məlum olub. Artıq çempionatın nə vaxt start götürəcəyi və Stenli Kubokunun finalının hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın TSN telekanalının məlumatına görə, iyulun 13-də komandalar təlim məşq toplanışına başlayacaqlar. İyulun 26-da isə pley-off mərhələsində iştirak edəcək 24 komanda iki ayrı şəhərə yollanacaq. Hazırkı məqamda Edmonton və Torontonun pley-off oyunlarına ev sahibliyi edəcəyi proqnozlaşdırılır. Mövsüm isə avqustun 1-dən start götürəcək. Çempionata oktyabrın əvvəlində yekun vurulacaq.

Stenli Kubokunun keçiriləcəyi məkan da müəyyənləşib. Artıq Oyunçuların Həmkarlar İttifaqı ilə MHL rəhbərliyi bu məsələni yoluna qoyub. Qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə bu məlumat ictimaiyyətə açıqlanacaq. Belə ki, liqa rəhbərliyi Stenli Kubokunun finalını Kanadanın Edmonton şəhərində keçirməyi planlaşdırır. Halbuki, namizədlər arasında Las-Veqas, Vankuver, Çikaqo və Los-Anceles şəhərləri də var idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.