MƏDƏNİYYƏT


Milli Kitabxanada Beynəlxalq Mədəniyyət Günü münasibətilə kitab sərgisi açılıb

Bakı, 14 aprel, AZƏRTAC

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında “15 aprel - Beynəlxalq Mədəniyyət Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan, dünya mədəniyyəti, incəsənəti, mədəniyyətlərin qarşılıqlı əlaqəsində UNESCO-nun rolu haqqında Azərbaycan dilində və xarici dillərdə kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilənin imzalanması ilə əlaqədardır. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib. Həmin vaxtdan etibarən dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.