Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başa çatıb

Bakı, 20 noyabr, Əsəd Məmmədov, AZƏRTAC

Milli Məclisin noyabrın 20-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ilə bağlı müzakirələrə başlayıblar.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib: “Biz çalışırıq ki, büdcəmizdə vəsait çox olsun, qarşıda duran bütün problemlər həllini tapsın. Bir məsələni nəzərə almalıyıq ki, ötən 20 il ərzində Azərbaycan hansı inkişaf yolunu keçib. 1990-cı illərin əvvəllərində bizim büdcəmizdə cəmi 70 milyon manat vəsait var idi. İndi isə Azərbaycanın dövlət büdcəsi milyardlarla ölçülür. Ona görə, hesab edirəm ki, bu büdcə ilə biz 2015-ci ildə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələ bilərik. Əlbəttə, nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında hansı hadisələr baş verir. Büdcənin təqdimatı zamanı hökumət nümayəndələri də qeyd etdilər ki, beynəlxalq iqtisadiyyatda hansı hadisələrin baş verməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yarana biləcək təlatümlərə hazırdır”.

Milli Məclisin sədr müavini 2015-ci ilin büdcəsinin qarşıda duran bütün məsələlərin həllinin öhdəsindən gələ biləcək bir sənəd olduğunu bildirib.

Ziyafət Əsgərov deyib ki, Azərbaycanın çox uğurlu siyasəti var. Bu siyasətin kökündə iki amil dayanır. Biri daxili sabitlikdir, digəri isə uğurlu büdcə siyasətidir. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük nailiyyətlər qazanmışıq. Təbii ki, bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.

Çıxış edən deputatlar bildiriblər ki, 2015-ci ilin büdcə layihəsinin gəlirlərinin və xərclərinin təhlili qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün heç bir təhlükənin olmadığını göstərir. 2015-ci ilin dövlət büdcəsinin hazırlanmasında ssenarili yanaşma tətbiq olunub ki, bunun da böyük üstünlükləri var. Çünki yarana biləcək hər hansı bir riskdən müdafiə olunmaq üçün dövlətin manevr etmək imkanları artacaq. Bunun üçün də büdcədə kifayət qədər əlavə vəsaitlər nəzərdə tutulub. Təbii ki, büdcədə müşahidə olunan bu artım son dövrlər ölkəmizin əldə etdiyi iqtisadi uğurlarla bağlıdır. 2015-ci il dövlət büdcəsi layihəsi göstərir ki, gələn il də dövlətin qarşıya qoyduğu əsas məqsəd sabit iqtisadi artımı təmin etmək, formalaşmış, davamlı iqtisadi inkişafın möhkəmləndirilməsinə nail olmaqdan ibarət olacaq. Büdcənin əsas hədəfləri isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetlərinə uyğun müəyyənləşdirilib.   

Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov çıxış edərək deyib ki, hazırda faiz dərəcələrinin aşağı salınması istiqamətində Mərkəzi Bank tərəfindən ardıcıl tədbirlər görülür. 2003-cü ildən 2014-cü ilə qədər Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdən təxminən 3,25 faizə düşüb. İqtisadiyyatın pulla təminatı səviyyəsinin artırılması üçün ciddi addımlar atılıb. Bu dövrdə iqtisadiyyata Mərkəzi Bank tərəfindən yönəldilən pulun həcmi təxminən 34 dəfə artıb. Bu gün pula, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Bu bazar hələ də tələb bazarıdır, təklif bazarı deyil. Biz bilirik ki, tələbat çox olanda, tələblə təklif  arasında nisbət böyüyəndə, tələbin xeyrinə olanda qiymətlər daha yuxarı olur. Biz bir sıra addımlar atmağı planlaşdırırıq. Maliyyə Nazirliyi ilə də bu məsələni müzakirə edirik ki, faiz dərəcələrinin aşağı salınması, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması üçün hansı addımlar atmaq olar? Burada dövlətin rolu nədən ibarətdir? Biz başlıca işi görmüşük. Azərbaycanda inflyasiya aşağı səviyyədədir, ölkəmizdə makroiqtisadi sabitlik var.

Mərkəzi Bankın idarə heyətinin sədri qeyd edib ki, 2015-ci ildə kredit faizlərinin aşağı salınması üçün ciddi addımların atılması planlaşdırılır.

İpoteka kreditləri ilə bağlı danışan sədr deyib: “Əhalinin baza tələbatlarının ödənilməsi istiqamətində son 20 ildə böyük işlər görülüb. Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə Azərbaycanda ipotekaya olan ilkin tələbat 6 milyard dollardır. Bu tələbatı ödəmək üçün ciddi maliyyə resursları lazımdır. Bizdə bu maliyyə resursları var və bundan istifadə edirik. İpoteka kreditlərinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması istiqamətində ciddi addımların atılması da nəzərdə tutulub”. Sədr ciddi əmanət bankları haqqında qanun layihəsinin də artıq hazırlandığını bildirib.

Təhsil naziri Mikayıl Cabbarov dövlətin sosial siyasətinə uyğun sınaq qiymətləndirmədən keçmiş müəllimlər üçün əməkhaqqının artırılması istiqamətində görülən işlərdən danışaraq bununla bağlı müvafiq qərar layihəsinin razılaşdırma mərhələsində olduğunu deyib. Nazir qeyd edib ki, Bakı şəhəri ərazisində yerləşən məktəblərdə keçirilən sınaq qiymətləndirmənin məqsədi təhsildəki zəif yerlərin müəyyənləşdirilməsidir. İkinci mərhələdə sınaq qiymətləndirmədən keçən müəllimlər üçün  təkmilləşmə imkanı yaradılır. Bundan sonra isə attestasiya prosesinə keçilir.

Azərbaycanda müəllimlərin və şagirdlərin sayı ilə bağlı məlumat verən nazir qeyd edib ki, hazırda ölkəmizdə 1 müəllimə 9 şagird düşür. Bu gün ölkəmizdə 1 milyon 322 min şagird var. Müəllimlərin sayı isə 151 mindir.

Mikayıl Cabbarov qeyd edib ki, həyata keçirilən islahatlar təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Ancaq islahatlar həyata keçirilərkən sosial məsələlər də nəzərə alınmalıdır. Bildirilib ki, müəllimlərin cəmiyyətdə nüfuzunun qaldırılması istiqamətində də bir sıra həvəsləndirici işlər görülür. Bu işlər artıq öz nəticəsini verməkdədir.

Peşə təhsili sahəsinin Təhsil Nazirliyi üçün prioritet sahələrdən biri olduğunu deyən nazir bildirib ki, bunun iki səbəbi var: Ölkənin davam edən iqtisadi artımı və müsbət demoqrafiya. Peşə təhsili sahəsində görülən işlərin nəticələrinin olduğunu bildirən nazir qeyd edib ki, ilk dəfə olaraq qəbul planı əmək bazarının ehtiyaclarına əsaslanaraq tərtib edilib, tədris proqramına yenidən baxılıb. İlk dəfə peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikaları, təlim avtomobilləri və digər xüsusi avadanlıqlar verilib. Nazir deyib ki, bu sahədə işə götürənlərlə də sıx əməkdaşlıq edilir. Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakıelektrikşəbəkə ilə və digər dövlət və özəl müəssisələrlə birgə peşə təhsili müəssisələrində təlim-tədris proqramları başlanılıb. Məzunların 70 faizdən çoxu “Müasir Azərbaycan peşəkarları” layihəsi çərçivəsində keçirilən təlimdən sonra işlə təmin olunurlar.

Sonra maliyyə naziri Samir Şərifov Milli Məclisin deputatlarının təkliflərinə münasibət bildirib.

Nazir bildirib ki, dövlət büdcəsində ölkəmizin müdafiə qüdrətinin daha da artırılması ilə bağlı kifayət qədər vəsait nəzərdə tutulub. Bu da Azərbaycan Prezidenti tərəfindən bu sahədə aparılan məqsədyönlü siyasətin maliyyə təminatını yaradır. 

Samir Şərifov qeyd edib ki, ölkəmizdə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə dövlət büdcəsindən də göründüyü kimi, xüsusi əhəmiyyət verilir. Bu istiqamət üzrə“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kifayət qədər maliyyə vəsaitləri ayrılır. Təkcə onu qeyd etmək kifayətdir ki, ümumiyyətlə, aqrar sahənin daha da təkmilləşdirilməsi üçün gələn ilin büdcəsindən əlavə 55 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

 Nazir vurğulayıb ki, dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı elmin maliyyələşməsi ilə bağlı məsələlər də ətraflı müzakirə edilib. Növbəti ilin dövlət büdcəsində elm xərcləri üçün 143 milyon manat vəsait nəzərdə tutulub. Bu bölmədən maliyyələşən təşkilatların 6 milyon manat büdcədən kənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Yəni, bunları nəzərə almadan dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən elmin maliyyələşdirilməsi üçün  137 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Cari illə müqayisədə bu, 4 milyon manat çox deməkdir. Lakin büdcədən kənar gəlirlər və xərclər mütənasib şəkildə götürülür.

Samir Şərifov bildirib ki, növbəti il dövlət və icmal büdcəsi yarana biləcək risklərin idarə edilməsinə tam cavab verir. Büdcənin xərclərinin təmin edilməsi üçün kifayət qədər imkanımız və təcrübəmiz var. İrəli sürülən bütün təkliflər hökumət tərəfindən öyrəniləcək, yekun plenar iclasda onlarla bağlı əlavə məlumatlar veriləcək.

Daha sonra gündəlikdəki digər məsələlərə – “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında” qanun layihələrinə baxılıb.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, gələn ilin büdcə paketinin müzakirələri bir daha Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin əsas məqsədinin xalqın sosial rifahının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi olduğunu göstərdi. Elə bu istəyin nəticəsidir ki, müzakirə edilən dövlət büdcəsi xərclərinin 27,6 faizi bu tələblərə yönəldilib. Ölkədə sosial müdafiə sisteminin ən vaciblərindən biri pensiya sığorta sahəsidir. Sosial Müdafiə Fondunun büdcəsi bu istiqamətdə aparılan geniş masştablı fəaliyyəti, sanballı rəqəmləri özündə ehtiva edir. Hazırlanan bu büdcənin əsas xətti dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş  “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”dır. Konsepsiya növbəti mərhələdə sığorta pensiya sistemində yeni islahatların aparılması, sosial ədalətin gücləndirilməsi, yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir ki, bu da nəticədə xalqın mənafeyinin qorunmasına, rifah halının yaxşılaşdırılmasına gətirib çıxaracaq.

Bildirilib ki,  DSMF-nin  2015-ci il büdcəsinin gəlirləri artıq 3 milyard manatı keçib. Bu da əvvəlki ilə nisbətən 14 faiz çoxdur. Bu büdcənin gəlirlərinin mənbələri bölməsində əsaslı müsbət dəyişikliklər var. Təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1 milyon 500 min nəfərə qədər artıb. Fondda vətəndaş-məmur kontaktı tamamilə məhdudlaşdırılıb, pensiyaların bankomatlar vasitəsilə ödənilməsinə 99 faiz nail olunub.

Qeyd edilib ki, 2015-ci il üçün ölkəmizdə yaşayış minimumu  131 manat, ehtiyac meyarı isə 105 manat nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi layihəsi barədə məlumat verən Fondun sədri Elman Mehdiyev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etməkdədir. Bunun nəticəsidir ki, ölkəmizin iqtisadi həyatı ilə əhalinin sosial müdafiəsinin uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən mexanizmləri səmərəli fəaliyyət göstərir və daim təkmilləşdirilir. Bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edir. Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi layihəsi də bilavasitə həmin inkişaf parametrlərinə, o cümlədən cari ilin ötən dövrü ərzində sığorta-pensiya sisteminin fəaliyyətinin əsas göstəricilərinə istinadən tərtib olunub.

Qeyd edilib ki, ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, yeni daimi iş yerlərinin yaradılması,  qeydiyyatın gücləndirilməsi və pensiya sisteminə əlavə dövlət dəstəyi hesabına cari ilin 10 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 402 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 194 milyon manat çoxdur.

Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 11 faiz artaraq 1 milyard 386 milyon manata çatıb. Daxilolmaların 65 faizi və ya 904 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 109 milyon manat çoxdur. Dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni, 1 milyard 9 milyon manat təşkil edib.

Fondun sədri deyib ki, Azərbaycan Respublikası Prezidentinin cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Sərəncamı vaxtında icra olunub. Bunun, eləcə də yeni təyin olunan pensiyalarda sığorta hissəsinin tədricən yüksəlməsi nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 173 manata, yaşa görə pensiyaçılar üçün isə 192 manata çatdırılıb.

Elman Mehdiyev bildirib ki, Fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 milyard 56 milyon 285 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36 faizə enəcək. Fondun büdcə xərclərinin 97,8 faizi və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlərə, 2,2 faizi və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcək. Əhaliyə ödənişlərin 2 milyard 910,5 milyon manatını pensiya xərcləri, 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

Sonra Milli Məclisin işlər müdiri Firudin Hacıyev parlamentin 2015-ci il üçün xərclər smetası, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2015-ci il üçün xərclər smetası haqqında məlumat veriblər.

Bununla da Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi və büdcə paketinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdırılıb.

İclasda Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihəsi də təsdiqlənib. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub