SİYASƏT


Milli Məclisdə Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsinə baxılıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılıb.

Komitə sədri Siyavuş Novruzov Dağlıq Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyət barədə danışıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün artıq başa çatmaqda olduğunu bildirən S.Novruzov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarix yazdığını qeyd edib. Rəşadətli Ordumuz artıq Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını işğaldan azad edib, strateji yüksəklikləri ələ keçirib. Bu, böyük qələbədir. Zəfər yürüşünün davam etdiyini vurğulayan Siyavuş Novruzov Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsinin haqq mübarizəsi olduğunu vurğulayıb.

Komitə sədri Xocavənd rayonunun Vəng kəndinin adının dəyişdirilərək Çinarlı adlandırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, ermənilər tərəfindən saxtalaşdırılan yer adlarının dəyişdirilməsi davam edəcək.

Deputatlar İsa Həbibəyli, Elşən Musayev, Tahir Rzayev, Səttar Möhbalıyev, Nizami Cəfərov, Emin Hacıyev, Cavid Osmanov, Aqil Məmmədov məsələ ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.