Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı xüsusi iclas keçirilib

Bakı, 10 may, AZƏRTAC 

Mayın 10-da Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar xüsusi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan sədr Oqtay Əsədov Ulu Öndərin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində göstərdiyi misilsiz xidmətlərdən bəhs edən məruzə ilə çıxış edib.

Spiker deyib ki, filosoflardan birinin dediyinə görə, xalqın yaradıcılıq qüvvəsinin əsasını böyük şəxsiyyətlərin fəaliyyəti təşkil edir. Hər tarixi inkişaf dövrü öz görkəmli şəxsiyyətlərini yaradır. Amma elə şəxsiyyətlər də var ki, zamanın hüdudlarını aşaraq yaşadıqları dövrün simasını özləri müəyyən edirlər. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Vətəninin və millətinin taleyində müstəsna rol oynayan nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilib. Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində dövlətimizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olub. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində Ulu Öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq əsl milli lider olduğunu sübuta yetirib. 1969–1982-ci illərdə Ulu Öndərin dahiyanə idarəçilik qabiliyyəti və strateji təfəkkürü sayəsində Azərbaycan, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçdi. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu. O, Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür və həll edirdi. Ulu Öndər bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.

Partiya lideri olmaqla yanaşı, o, dəfələrlə SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı oldu. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bir neçə mühüm qərar qəbul etdi. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyasının hazırladığı və 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR-in yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin qorunması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Azərbaycan dili respublikada dövlət dili statusu aldı. Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü. Azərbaycanda orta pillə hərbi kadrlar hazırlayan tədris müəssisəsi – Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı.

Hərbi məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırıldı. Minlərlə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəblərinə təhsil almağa göndərildi. O dövrdə hazırlanan kadrlar sonralar ordumuzun özəyini təşkil etdilər. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan verdi. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı. 1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edirdi. Onun Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük maneə idi.

1987-ci ilin oktyabr ayında Heydər Əliyevin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu. Məhz bu istefa Azərbaycana qarşı hazırlanmış məkrli planların həyata keçirilməsi yolunda ilk addım oldu.

“Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünün təhlili göstərir ki, etibarlı və səriştəli siyasi rəhbərlik amili cəmiyyətin və dövlətin inkişafında müstəsna və həlledici rol oynayır. Bu həqiqəti xalqımız 1988–1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin edib. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. O vaxt çoxları inanmırdı ki, Azərbaycan bu qədər böyük təhlükələrdən qurtula biləcək və müstəqilliyini qoruyub saxlayacaq. Amma tarixin şahid olduğu vətəndaş fədakarlığı, siyasətçi hünəri Azərbaycan üçün yazılmış ssenarilərin həyata keçməsinə imkan vermədi”, - deyə Milli Məclisin sədri vurğulayıb.

Sədr çıxışında bildirib ki, ən böyük milli sərvət olan dövlət müstəqilliyini xalqımız XX əsrdə iki dəfə əldə edib. 1918–1920-ci illərdə mövcud olmuş, xalqımızın dövlətçilik şüurunun inkişafında müstəsna rol oynamış Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın nail olduğumuz dövlət müstəqilliyi məhz Heydər Əliyev dühasının köməyi ilə xilas edilib. Azərbaycanın ikinci dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz 1993-cü il iyunun 15-dən başlanır. Tamamilə məntiqlidir ki, sonralar ölkənin ali qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü Milli Qurtuluş Günü kimi dəyərləndirib. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanıb. Ulu Öndər Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik edib. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanıb.

Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Müasir peşəkar parlamentin formalaşması istiqamətləri müəyyən edildi. Milli Məclis müzakirələrin açıq və demokratik şəraitdə aparıldığı real hakimiyyət orqanına çevrildi. Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul edildi. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Ulu Öndərin xilaskarlıq missiyasında ilk addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu. Torpaqlarımızı müdafiə etməyə qadir olan milli ordunun yaradılması ən mühüm vəzifələrdən biri kimi irəli sürüldü. Bu istiqamətdə həyata keçirilən qəti tədbirlər döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu. Milli Ordumuzdan aldığı qüvvətli zərbələr Ermənistan Respublikasını Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. Cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı. Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz ardıcıl inkişaf yoluna çıxdı. Azərbaycan mötəbər beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü oldu, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri quruldu. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, qanunun aliliyinə təminat verən yeni Konstitusiya qəbul edildi, demokratik şəraitdə bir neçə dəfə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Cəmiyyətdə siyasi plüralizm üçün real şərait təmin edildi. Ən müxtəlif baxışları təmsil edən siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradıldı. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu. Milli mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənə halını aldı. Bu möhtəşəm işlərin reallaşdırılmasında Milli Məclis həmişə Ulu Öndərin yanında olub, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləyib.

“Heydər Əliyev dövlət başçısı olduğu dövrdə də parlamentə böyük diqqət və qayğı göstərib. 1995-ci il noyabrın 24-də Ulu Öndər birinci çağırış Milli Məclisin ilk iclasında iştirak edib, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını verib. Sonrakı dövrdə də Ulu Öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış edib. Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədilə Milli Məclis Ulu Öndərin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul edib. Burada ilk növbədə yeni məcəllələrin – Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Seçki, Əmək, Ailə və digər məcəllələrin qəbulu xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, ölkədə əsaslı islahatların qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar Ulu Öndərin imzası ilə parlamentə təqdim edilib və geniş müzakirələrdən sonra qəbul olunub. Beləliklə, Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılıb”, - deyə Milli Məclisin sədri qeyd edib.

Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər barədə belə deyib: “1993–2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti bu gün ciddi tədqiqatların mövzusudur. Ulu Öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak edir. Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. İndiyədək parlamentdə Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlanıb nəşr edilib. Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində inkişaf edən Azərbaycan Respublikası bu gün geniş bir bölgədə söz sahibi olan güclü bir dövlətdir. Ölkəmizin getdikcə artan imkanları qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli layihələrin həyata keçirilməsində həlledici rol oynayır. Prezident İlham Əliyevin söylədiyi kimi, “bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə yönəlmiş bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir”.

Böyük siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi. Başqa sahələrdə olduğu kimi, bu sahədə də başlanmış işlər sistemli və ardıcıl şəkildə davam etdirilir. Artıq indi qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanda parlament xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən ali nümayəndəli orqandır. Azərbaycanın xoşbəxt gələcəyi Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.

Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, deputatlar Fəzail Ağamalı, Gövhər Baxşəliyeva, Zahid Oruc, Rafael Cəbrayılov, Rafael Hüseynov, Jalə Əliyeva, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Siyavuş Novruzov, Əhliman Əmiraslanov, Aydın Mirzəzadə, Şahin İsmayılov, Azay Quliyev, İsa Həbibbəyli, Nizami Cəfərov, Nəsib Məhəməliyev, Aydın Hüseynov, Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, ana dilimizin, milli mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən nəhəng işlərin bünövrəsi məhz böyük siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Bu xidmətləri sayəsində Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb.

Sonra iclasda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bununla da Milli Məclisin iclası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir