SİYASƏT


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilir

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 3 məsələ daxil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin gördüyü işlər barədə hesabat veriləcək, komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılacaq.

Komitə üzvləri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq olunması barədə qanun layihəsi və cari məsələlər ilə bağlı müzakirələr aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.