CƏMİYYƏT


Milli Məclisin Gənclər və idman komitəsində növbəti görüş keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Milli Məclisin Gənclər və idman komitəsində şəhid ailəsi, Vətən müharibəsinin iştirakçıları və idmançılarla xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə Ordumuzun döyüş meydanında qazandığı tarixi Qələbədən, habelə diplomatik müstəvidə görülən işlərin uğurlu nəticəsindən danışıb. Bildirib ki, şəhid ailələri və qazilərimiz hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunub və onları narahat edən məsələlərin dərhal həll edilməsi diqqətdə saxlanılır.

Söhbət zamanı Vətən müharibəsindən sonra da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruriliyi, idmanın gənclərin və yeniyetmələrin həyat tərzinə çevrilməsi və bununla da gənclərin zərərli vərdişlərdən uzaq olması, habelə ölkəmizi xarici ölkələrdə təmsil edən gənclərimizin daim milli-mənəvi dəyərlərimizə bağlı olmalarının vacibliyi barədə müzakirələr aparılıb.

Sonda Vətən müharibəsi qazisi Elvin Cəfərova və görüşdə iştirak edənlərin bir qisminə Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.