SİYASƏT
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
Bakı, 20 fevral, AZƏRTAC
Milli Məclisin deputatı Sabir Haciyev fevralın 21-də Moldovanın paytaxtı Kişineu şəhərinə səfərə gedəcək. Deputat Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçi missiyasının tərkibində Moldovada keçiriləcək parlament seçkilərini izləyəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabir Haciyev, həmçinin Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək. O, tədbir iştirakçılarına bu faciə barədə ətraflı məlumat verəcək, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlərdən danışacaq.