Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Milli musiqi alətlərimiz şəkili sənətkar Rəhman Kamiloğlunun xovlu tikmələrində VİDEO

Şəki, 22 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə hamı onu xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkar kimi tanıyır. Taleyinə anadangəlmə əlillik payı düşən ikinci qrup əlil Rəhman Kamiloğlu 18 ildir ki, bədii tikmə sənətinin bu növü ilə məşğul olur. Bədii tikmə sənəti əsrlərboyu qadınların sevimli məşğuliyyət sahəsi olsa da, bu sənət xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhərindəki “Sənətkarlar evi”ndə Rəhman Kamiloğlunun emalatxanasında olub, onu bu sənətə bağlayan tellərlə maraqlanıb.

Rəhmanın uşaqlığı çox çətin və qayğılı keçib. O, erkən yaşlarında əvvəlcə atasını, sonralar isə anasını itirib. Gələcək yaşayışını, dolanışığını özü təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyan Rəhman uşaqlıqdan fəal şəkildə cəmiyyətə inteqrasiya olunmağa çalışıb. Elə bu həvəslə də 2001-ci ildə Dünya Bankı tərəfindən maliyyələşdirilən “Böyüklər və uşaqlar üçün xalq yaradıcılığı, biçmə-tikmə kursları” adlı layihə çərçivəsində Əlillərin Dizayn Assosiasiyası tərəfindən Şəki şəhərində təşkil edilən xalçaçılıq kursuna yazılıb, bədii tikmə sənətinin incəlikləri barədə ilkin vərdişlərə yiyələnib. Assosiasiyanın Şəkidəki mərkəzinin üzvü olan Rəhman Kamiloğlu burada Əməkdar rəssam Qüdrət Məmmədovdan rəssamlığın, tanınmış təkəlduz ustası Güləndam Alxasovadan isə bədii tikmə sənətinin sirlərini öyrənib. Daim öz üzərində çalışan Rəhman az müddət sonra Şəkidə xovlu tikmənin mahir ustalarından biri kimi tanınmağa başlayıb.

Anadangəlmə nitq problemi olan, insanlarla ünsiyyətdən qaçan Rəhman Kamiloğlunun çox sehrli sənət dünyası var. Sənətkar öz əsərlərində sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əks etdirməyə çalışır. Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu, süjetini təşkil edir.

Rəhman Kamiloğlu öz yaradıcılığında daim yeniliklər etməyə, yeni mövzular axtarıb tapmağa can atır. Sənətkar bu dəfə Azərbaycanın muğam sənətini, milli musiqi alətlərimizi rəngbərəng saplarla kətan üzərində toxumaqla maraqlı kompozisiyalar yaratmağa müvəffəq olub. Müsahibimiz deyir: “Son illər mədəni irsimizin, muğam sənətinin qorunması və təbliğinə ölkə rəhbərliyi, xüsusilə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən çox böyük diqqət və qayğı göstərilir. Mən də, bir sənətkar kimi, bu layihələrə öz töhfəmi vermək istədim. Şəhərimizə gələn yerli və xarici turistlər milli musiqi alətlərimizin əks olunduğu xovlu tikmələrə də böyük maraq göstərirlər. Ona görə də yaradıcılığımda Şəkinin məşhur tarixi abidələri, təbiət gözəllikləri ilə yanaşı, muğam kompozisiyalarına da diqqət ayırmağa başladım. Turistlər belə əl işlərini böyük həvəslə alırlar”.

Bu sənətin özəllikləri, işləmə texnikası barədə məlumat verən müsahibimiz bildirib ki, xovlu tikmə ağ, kətan parçanın tərs üzündən xüsusi iynə ilə pambıq və yun saplarla işlənilir. Əvvəlcə parçanın arxa tərəfində mövzuya uyğun eskiz çəkilir və elə arxa tərəfindən də tikilir. Sonra artıq saplar qayçı ilə kəsilir. Xovlu tikmə ilə hazırlanan əl işləri uzaqdan baxanda sanki rəsm əsərinə bənzəyir. Yalnız yaxından baxanda, əllə toxunanda əmin olursan ki, bu, bir tikmə nümunəsidir.

Xovlu tikmə sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən sənətkar deyir: “Elə işlər var ki, 8-9 ay üzərində çalışmalı olursan. Nisbətən kiçik ölçülü əl işləri isə 3-4 aya əmələ gəlir”.

Bu sənət Rəhmanın həm də dolanışığını təmin edir. Özünün də qeyd etdiyi kimi, heç kəsə möhtac deyil, qabiliyyəti əlinin zəhməti ilə dolanır. Əl işlərinin qiyməti ölçülərinə görə 500-1000 manatdan bir neçə min manatadək dəyişir. İl ərzində bir neçə iş satılarsa, yaşayış ehtiyaclarını ödəyə bilir. Əl işlərinin eskizlərinin hazırlanmasında ona rəssam qardaşı Musa da kömək edir. Hazırda Rəhman qardaşı ilə bir yerdə yaşayır.

Rəhman Kamiloğlunun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. O, eyni zamanda, 3 dəfə Bakı şəhərində təşkil olunan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin iştirakçısı olub, 2009-cu ildə Əlillərin VII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qalibi adını qazanıb, 1-ci dərəcəli diplomla mükafatlandırılıb. Sənətkarın xovlu tikmə nümunələri Fransanın Kolmar şəhərində Azərbaycan günləri çərçivəsində təşkil olunan sərgidə də nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Milli musiqi alətlərimiz şəkili sənətkar Rəhman Kamiloğlunun xovlu tikmələrində VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək