İDMAN


Millimizin üzvü Elis Manolova dünya çempionatında bürünc medal uğrunda güləşəcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycanın qadın güləşçisi Elis Manolova Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir finalda qoşulan qadın güləşçimiz E.Manolova (65 kq) hindistanlı rəqibi Kaur Navyotı "tuşe" ilə məğlub edib. Avropa çempionu dörddəbir finalda Türkiyə güləşçisi Kadriye Aksoya da qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısı İnna Trajukova ilə görüşdən məğlub ayrılan E.Manolova bu gün bürünc medal üçün güləşəcək.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.