DÜNYA
Miloş Zeman: Corc Buş (ata) Çexiyanı yenidən Avropa ailəsinə bəxş edib
Praqa, 3 dekabr, AZƏRTAC
Çexiya Prezidenti Miloş Zeman ABŞ-ın 41-ci Prezidenti Corc Buşun vəfatı ilə bağlı Birləşmiş Ştatların dövlət başçısı Donald Trampa başsağlığı məktubu göndərib.
AZƏRTAC Çexiya Prezidenti dəftərxanasının yaydığı məlumata istinadla bildirir ki, Zeman ABŞ-ın mərhum Prezidentini görkəmli diplomat, dövlət xadimi və gözəl insan kimi xarakterizə edib.
Çexiya Prezidentinin məktubunda deyilir: “O, soyuq müharibənin başa çatmasında, ən əsası isə “dəmir pərdə”nin və sosialist blokunun süquta uğramasında böyük rol oynayıb. Corc Buş (ata) “məxməri” inqilabdan sonra Praqaya səfər edən ilk amerikan Prezidenti olub. O, özü ilə bizim, heç şübhəsiz ki, həmişə mənsub olduğumuz Avropa ailəsinə qayıtmağımıza kömək edən yeni enerji, böyük ümidlər və gələcəyə inam gətirib”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]