ELM VƏ TƏHSİL
Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və rayon təhsil şöbəsinin müdiri Sahib Məmmədov iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 1176 şagird yerlik məktəbin binasında 36 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 668 şagird, məktəbəhazırlıq qrupunda 45 uşaq təhsil alır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 23 nəfər texniki işçi fəaliyyət göstərir.