REGİONLAR


Mingəçevirdəki “ASAN həyat” kompleksində keçirilən konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb

Mingəçevir, 25 avqust, Rauf Hacıyev, AZƏRTAC

Qurban bayramı münasibətilə avqustun 24-də Mingəçevir şəhərindəki “ASAN həyat” kompleksində konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN xidmət” və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşan konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Konsert proqramında sənətçilər səhnədə özlərinin ən populyar mahnılarını ifa ediblər. Sonra bayram proqramı “DJ”lərin çıxışı ilə davam edib.

Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN həyat” kompleksi özündə vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.