Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Minskdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilən konfrans və ədəbi-musiqili tədbir keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan və dünya ədəbiyyatının klassiki Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ölkə xaricindəki diqqətəlayiq mərasimlərdən biri Belarus paytaxtı Minskdə baş tutub.

AZƏRTAC xəbər verir ki, noyabrın 24-də Belarus Milli Kitabxanasında keçirilən həmin tədbir geniş əks-səda doğurub və Belarus kütləvi informasiya vasitələrində müfəssəl işıqlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin böyük Azərbaycan şairi, filosofu, dünya poeziyasının klassiki Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq “Nizami Gəncəvi İli” elan edilməsi ölməz söz və fikir ustasının həyat və yaradıcılığına diqqətin daha da artmasına imkan yaradıb. Azərbaycan və dünya boyunca keçirilən Nizami məclisləri, konfranslar, simpoziumlar, müsabiqələr, sərgilər gəncəli dahinin fəth etdiyi düşüncə və ürəklərin sayını durmadan artırır.

Minskdə təşkil edilmiş Nizami Gəncəvi konfransı və ədəbi-musiqili tədbir Belarusdakı Azərbaycan Respublikası səfirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov, Belarus parlamentinin deputatı, Azərbaycan-Belarus Parlamentlərarası işçi qrupun rəhbərinin müavini Liliya Ananiç, Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Belarus Yazıçılar Birliyinin sədri Nikolay Çerqineç, Belarus Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru Vasiliy Stariçyonok, dövlət rəsmiləri, ölkə ziyalıları və Belarusdakı Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Milli Kitabxananın baş direktoru Oksana Knijnikova çıxış edərək Nizami Gəncəvi kimi dahilərin ədəbiyyatları və mədəniyyətləri qovuşduran əvəzsiz körpü olmasından bəhs edib və iki ölkənin kitabxanaları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Nizami Gəncəvi irsi və yaradıcılığı ilə bağlı Belarus Milli Kitabxanasında olan əsərlərdən ibarət sərgini təqdim edib.

Səfir Ülvi Baxşəliyev XII əsrdə yaşayıb-yaratmış dünya ədəbiyyatının və poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illiyi münasibətilə Prezident İlham Əliyevin 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı Sərəncamının əhəmiyyətindən, bu mühüm dövlət sənədi ilə nizamişünaslıqda yeni bir mərhələnin başlanmasından danışıb, Belarusda təntənə ilə keçirilən bu mərasimin uzun müddət yaddaşlarda qalacağını vurğulayıb, iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə xidmət edəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Səfir Ü.Baxşəliyev noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunarkən iki ölkənin dövlət başçılarının telefon danışığı zamanı Minsk şəhərində Nizami Gəncəvinin abidəsinin qoyulmasına da toxunulduğunu qeyd edib. Dünya mədəniyyət xəzinəsinin ən dəyərli incilərindən olan Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olmaq üçün keçirilən tədbirin böyük əhəmiyyət kəsb etdiyini söyləyən səfir Nizaminin bir mədəniyyət, sülh, dostluq elçisi olaraq öz klassik missiyasını yenə davam etdirdiyini söyləyib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Mədəniyyətləri və xalqları qovuşduran Nizami Gəncəvi” adlı məruzə ilə çıxış edərək mütəfəkkir şairin yaradıcılığı və həyatı ilə bağlı maraqlı tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb. 1941-ci ildə Nizaminin 800 illik yubileyinin Sovet İttifaqında geniş qeyd olunmasının nəzərdə tutulduğu halda, 1941-1945-ci illər müharibəsi başlanmasının buna mane olduğunu söyləyən natiq bütün maneələrə baxmayaraq, yubiley tədbirinin o vaxt blokadada olan Leninqradda, Ermitajda, şəhərin mühasirəsinin 42-ci günündə keçirilməsinin böyük rəmzi məna daşıdığını, Nizami irsinə məhəbbət və ehtiramın əyani göstəricisi olduğunu bildirib.

Akademik Rafael Hüseynov deyib: “Nizami Azərbaycan şairidir, bütün ömrünü doğma Gəncə şəhərində keçirib, amma yaradıcılığının gücü ilə dünya şairinə çevrilib. Varlığı və irsi ilə artıq zəmanəsində bir zəka universitetinə dönən Nizami Gəncəvi XII əsrdən başlayaraq ədəbi məktəb və ustadlar ustadı kimi etiraf edilib, dünya ədəbiyyatının və poeziyasının sonrakı inkişafına böyük təkan verib”.

Akademik Rafael Hüseynov Nizami Gəncəvi “Xəmsə”sinə saysız cavablar yazıldığını, onun mövzu və süjetlərinin Şərq və Qərb ədəbiyyatında dönə-dönə işlənməsini, şairimizin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsini söyləyərək mənşəyi ilə, yaradıcılığının ruhu ilə, tərcümeyi-halı ilə sırf Azərbaycan şairi olsa da, bu gün artıq Nizaminin dünya şairi və dünya vətəndaşına çevrilməsini bəyan edib.

Belarus Yazıçılar Birliyinin sədri Nikolay Çerqinets ədəbiyyat və poeziya klassiklərinin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayaraq Azərbaycanın dünyaya çox böyük mütəfəkkirlər, şairlər, yazıçılar, alimlər və mədəniyyət nümayəndələri bəxş etdiyini söyləyib. O, ayrıca olaraq Nizami Gəncəvi kimi zəngin bir ədəbi miras doğurmuş sənətkarın “Xəmsə”sinin Belarus dilinə tam tərcüməsi ilə əlaqədar işlərin başlanmasının zəruriyyəti üzərində dayanıb.

Belarus Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru İvan Saverçenko çıxış edərək Nizami Gəncəvinin yalnız öz dövrünün çox böyük şəxsiyyəti olmadığını, bu gün də aktuallığını saxlayan əsərləri ilə xalqları yaxınlaşdırmaq, mədəniyyətlər arasında körpü olmaq funksiyasını davam etdirdiyini bildirib.

Tədbir çərçivəsində, həmçinin Belarus Dövlət Filarmoniyasının solistləri tərəfindən Azərbaycan və dünya klassik musiqi inciləri ifa olunub, Maksim Tank adına Belarus Pedaqoji Universitetinin tələbələri Nizami Gəncəvinin şeirlərini səsləndirib. Nizami Gəncəvinin həyat və yaradıcılığına dair rəsm və miniatürlərdən ibarət kompozisiyalar, Belarus Milli Kitabxanasının fondunda qorunan Nizami Gəncəvinin əsərlərindən təşkil olunmuş sərgi tədbir iştirakçılarında böyük maraq doğurub. Belarusun rəsmi dövlət informasiya agentliyi BELTA dahi azərbaycanlı Nizami Gəncəvinin 880 illiyi münasibətilə keçirilmiş bu konfrans və ədəbi-musiqili tədbir haqqında geniş material hazırlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər