ELM VƏ TƏHSİL
Mirzə Kazımbəyin 220 illiyinə həsr olunan konfransa tezis qəbulu aparılır
Bakı, 20 iyun, AZƏRTAC
Görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 20-də keçiriləcək “Mirzə Kazımbəy - 220” mövzusunda konfransda iştirak etmək istəyənlər tezisləri [email protected] elektron ünvanına göndərməlidirlər. Beynəlxalq konfransa tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində iyulun 30-dək qəbul edilir.
Təşkilat Komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumat Şərqşünaslıq İnstitutunun saytında yerləşdirilib.