SİYASƏT


Misir portalında Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş analitik məqalə dərc edilib

Qahirə, 26 oktyabr, AZƏRTAC

Misirin “Yeni dünya xəbərləri” informasiya portalında “Azərbaycanın tarixi Qələbəsi” sərlövhəli analitik məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük müharibədə tarixi Zəfərinin ölkəmizdə yaşayan bütün etnik qrupların, təbəqələrin nümayəndələri üçün ilham qaynağı olduğu, vətəndaşlarda sabaha inam hissini gücləndirdiyi, həmrəy və qalib xalqın Qələbə marşının sədaları altında birlikdə yürüdüyü qeyd olunub. Yazıda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşanın işğaldan azad olunması münasibətilə çıxışında şanlı Qələbənin danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanıldığı fikirləri yer alıb. Vurğulanıb ki, uzun illər işğal altında qalan Şuşa şəhərində yenidən möhtəşəm Azan səsi yüksəlib. Prezident İlham Əliyev bildirib ki, ermənilərin bu qədim Azərbaycan şəhərinə 200 il əvvəl köçürülməsi faktlar və sənədlər ilə sübut olunub. O əlavə edib ki, Şuşanın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəsiyyəti idi və bu, yerinə yetirildi. Ulu Öndərin və şəhidlərin ruhları bu şanlı Qələbə ilə şad olub.

Məqalədə Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallığın yarandığı, Ermənistanın bugünkü acınacaqlı vəziyyətinin səbəbkarı işğalçı ölkənin siyasi rəhbərliyinin olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, indi rəsmi Yerevan yeni reallıqla barışmalı, regional siyasətini qonşularla sülh şəraitində yaşamaq kontekstində qurmalı, ötən il noyabrın 10-da imzalanmış Bəyanatın şərtlərinə əməl etməli, habelə digər ölkələrə qarşı əsassız ərazi iddialarından əl çəkməlidir. Əks halda, Ermənistanı daha ağır fəlakətlər gözləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “dəmir yumruq” hər zaman öz yerindədir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.