MƏDƏNİYYƏT


Misir və Azərbaycan kitabxanaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Qahirə, 15 fevral, AZƏRTAC

Misir ilə Azərbaycan arasında mədəni əlaqələrin, xüsusilə kitabxana sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi ilə görüşü olub. Tərəflər zəngin kitab və əlyazmalar fonduna malik olan Misir və Azərbaycan kitabxanalarının daha sıx əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə hər iki ölkənin mərkəzi kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması, habelə Misirin böyük şəhərlərinin aparıcı kitabxanalarında ölkəmizlə bağlı kitabların sərgisinin təşkili müzakirə olunub.

Görüşün sonunda Azərbaycanın tarixi, mədəni irsi, dahi şəxsiyyətləri və təbiəti haqqında səfirliyimiz tərəfindən çap olunan, həmçinin diplomatik nümayəndəliyimizdə saxlanılan kitab nüsxələri Misirin Mərkəzi Kitabxanasına hədiyə edilib. Kitabxananın foyesində misirli oxucuların böyük marağına səbəb olan Azərbaycan haqqında 30-a yaxın kitabın sərgisi də təşkil olunub.

Kitab sərgisi Misirin nüfuzlu KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.