SİYASƏT


Misirdə “Qarabağ – Qafqazda sülh yolu” kitabı ərəb dilində çapdan çıxıb

Bakı, 27 avqust (AZƏRTAC). Misirin paytaxtı Qahirədə Qafqaz və Orta Asiya məsələləri üzrə tanınmış tədqiqatçı Əhməd Əbdoh Tarabikin “Qarabağ – Qafqazda sülh yolu” kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab beş fəsildən ibarətdir. Bu fəsillərdə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın coğrafiyası, Qafqazda mövqeyi, etnoqrafik-mədəni və dini xüsusiyyətləri, bu məkanın demoqrafik vəziyyəti, müxtəlif dövlətlər tərəfindən işğal olunması, Rusiya imperatorluğunun tərkibinə qatılması məsələlərindən geniş bəhs olunur. Nəşrdə, eyni zamanda, ermənilərin Qarabağa köçürülməsinə zəmin hazırlayan proseslərdən və bu siyasətə təkan verən müqavilələrdən, ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları və vəhşiliklərdən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, problemin həlli istiqamətində aparılan danışıqlardan və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdikləri qərar və qətnamələrdən söhbət açılır.

Müəllif kitabda iki uzun sürən münaqişə - Fələstin və Qarabağ münaqişələri arasında da paralellər apararaq mövzunu araşdırmağa çalışır.

Qarabağ münaqişəsi ilə bağlı obyektiv mənbələrin azlığından əziyyət çəkən ərəb oxucusu üçün bu kitab çox əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.