DÜNYA


Misirdə koronavirusa yoluxanların sayı çoxalıb

Qahirə, 2 aprel, AZƏRTAC

Misirdə koronavirusa yoluxanların sayı artıb.

AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə naziri Hala Zayed son sutkada yeni növ koronavirusa daha 54 nəfərin yoluxduğunu bildirib.

Onun sözlərinə görə, COVID-19 virusuna yoluxanların ümumi sayı 710 nəfərə çatıb, 46 insan isə həyatını itirib. Nazir əlavə edib ki, karantin xəstəxanalarında 157 xəstə müalicə olunaraq evə buraxılıb.

H.Zayed qeyd edib ki, ötən gün koronavirusa yoluxanların hamısı xarici ölkələrdən gətirilən Misir vətəndaşlarıdır. Bundan iki gün əvvəl həyatını itirən 5 nəfər də yerli sakinlərdir. Nazir məlumat verib ki, Səhiyyə Nazirliyi koronavirusa yoluxma şübhəsi - nəfəs yolları xəstəliyi və ya qızdırması olan insanlar üçün iki “qaynar xətt” açıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.