DÜNYA


Misirdə terror aktları törədilməsini planlaşdıran 15 terrorçu məhv edilib

Qahirə, 3 oktyabr, AZƏRTAC

Misirin Daxili İşlər Nazirliyi Sinay yarımadasının şimalında Əl-Ariş şəhərində 15 terrorçunun zərərsizləşdirilməsi barədə məlumat yayıb.

AZƏRTAC Misir DİN-in bəyanatına istinadla xəbər verir ki, terrorçu ünsürlərin Əl-Ariş şəhərində yerləşən fermaların birində yerləşməsi barədə operativ məlumat alan təhlükəsizlik qüvvələri ekstremistlərin dərhal zərərsizləşdirilməsi əməliyyatını həyata keçiriblər. Atışma nəticəsində bütün terrorçular məhv edilib. Qeyd olunur ki, terrorçular Misirdə keçiriləcək “6 oktyabr – Qələbə Günü” bayramında terror aktları törətməyi planlaşdırırmış.

Məlumatda, həmçinin döyüşçülərin zərərsizləşdirildiyi yerdə 5 avtomatik silah, 4 tüfəng, 3 partladıcı qurğu və çoxlu sayda döyüş sursatı aşkarlandığı bildirilir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.