Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mixail Qusman: İttifaqın dağılması Qarabağdan başlandı

Mixail Qusman: İttifaqın dağılması Qarabağdan başlandı

Bakı, 20 avqust, AZƏRTAC

Dünya şöhrətli jurnalist, Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman “Sobesednik” qəzetinə müsahibə verib. O, müsahibədə Qarabağda separatizmdən, Sovet İttifaqının dağılmasından, özünün peşəkar fəaliyyətindən danışıb. AZƏRTAC müsahibəni təqdim edir.

Qərbin xüsusi xidmət orqanları təqsirkardır

- Mixail Solomonoviç, üçgünlük avqust qiyamının baş verdiyi, sonra isə Sovet İttifaqının dağıldığı 1991-ci ili necə xatırlayırsınız?

- Mən o zaman SSRİ Gənclər Təşkilatları Komitəsinin mətbuat mərkəzinin rəhbəri işləyirdim. Həmin avqust günlərində mən həyat yoldaşımla Moskva ətrafında istirahət evində idik. Hamı kimi televizorda “Qu gölü”nü, sonra Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvlərinin mətbuat konfransını gördük. Yəni, mən də digər vətəndaşlarımız kimi əvvəlcə hər şeyi öyrəndim.

Bazar ertəsi səhər işə getdim. Bax, elə orada, arası kəsilmədən mənə zəng edən əsasən xarici həmkarlarımdan baş verənlər haqqında daha dəqiq informasiya almağa başladım. Öz növbəsində onlar mənim şərh verməyimi xahiş edirdilər, lakin düzünü desəm, mən heç bilmirdim nə cavab verim. Ancaq nədənsə, yəqin intuitiv olaraq, məndə lap əvvəldən belə bir hiss var idi ki, bütün bunlar uzun sürməyəcək.

Əlbəttə, mənim tərəfimdən demək cəsarətli olardı ki, mən o zaman Sovet İttifaqının dağılacağını qabaqcadan duya bilərdim. Hərçənd gizlətmirəm, qəlbimdə belə fikirlər dolaşırdı. Axı, bundan xeyli əvvəl müxtəlif respublikalarda münaqişə həyəcanları baş vermişdi. Məsələn, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində separatizm hərəkatı hələ 1988-cil ildə başlamışdı. Hesab edirəm ki, Sovet İttifaqının dağılmasının kökü məhz oradan qaynaqlanır, məhz orada separatçılar ilk dəfə sərhədi dəyişməyə cəhd göstəriblər və bununla da Helsinki aktını pozmağa çalışıblar.

- Yeri gəlmişkən, Qarabağda münaqişə haqqında bu yaxınlarda yenidən danışıldı və orada silahlı qarşıdurma yenidən başlandı. Siz necə hesab edirsiniz, nə üçün bu, o zaman, 1988-ci ildə başladı? Bu münaqişə kim üçün sərfəli idi?

- Ondan başlayım ki, mən bütün Qarabağı, demək olar, piyada gəzib-dolaşmışam. Məsələ ondadır ki, 1973-cü ildən 1986-cı ilə qədər Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsində işləyərkən, mənə, o vaxt deyildiyi kimi, eyni zamanda, Azərbaycan Komsomolu Mərkəzi Komitəsindən keçmiş Stepanakert (Xankəndi - red.) şəhər komsomol təşkilatına nəzarət etmək tapşırığı verilmişdi. Yeri gəlmişkən, Ermənistanın 2-ci və 3-cü prezidentləri həmin vaxt bu şəhərin komsomol komitəsində çalışırdılar. Mənim vəzifəmə ayda ən azı iki dəfə Qarabağa səfər etmək daxil idi və buna görə də orada insanların necə yaşadığını şəxsən bilirəm. Üstəlik oraya gedəndə hoteldə deyil, həmkarlarımın evlərində qalırdım. O dövrü xatırlayaraq, tam məsuliyyətlə deyə bilərəm ki, bəzi qarabağlı erməni siyasətçilər tərəfindən ermənilərin və azərbaycanlıların bir yerdə yaşamasının mümkünsüzlüyü barədə yayılmış fikir ağ yalandır. Hər halda mən şahidəm ki, həmin illərdə orada yaşayanların hamısı, - bu isə həm də ruslar, yəhudilər, ləzgilər, tatarlar və başqa millətlərin nümayəndələri idi, - Azərbaycanın bu bölgəsində çox mehriban yola gedirdilər.

Əminəm ki, separatizmin öldürücü zəhəri təkcə fanatik millətçilərin beynində yaranmayıb, həm də kənardan gətirilib, bunun arxasında konkret Qərbin xüsusi xidmət orqanları dururdu. Bu, sovet torpağında rəngli inqilabın ilk cəhdi idi. Məqsəd aydın idi - Sovet İttifaqının dağılması. Gördüyüm bir çox sənədlər mənim belə düşünməyimə əsas verir.

- Bəs sovet xüsusi xidmət orqanları bunu etməyə necə yol verdilər?

- Təəssüf ki, mərkəzi hakimiyyət, mənim fikrimcə, bu hadisələrə reaksiyasında çox gecikdi. Düşünürəm ki, informasiya da Moskvaya kifayət dərəcədə qeyri-dəqiq, bəzən birtərəfli və böyük gecikmələrlə gəlirdi. Nəticədə həm ölkənin rəhbərliyi, həm də xüsusi xidmət orqanlarının rəhbərliyi sanki hadisələrin inkişafının arxasınca gedirdi, sonra isə bu hadisələri artıq geri döndərə bilmədilər. Görünür, ölkənin ozamankı rəhbərliyi separatizm metastazlarının təhlükəsini başa düşmürdü. Yeri gəlmişkən, bu yaxınlarda öz məqaləsində Qorbaçov da bunu etiraf edib.

Separatizm istənilən ölkə üçün bəladır, o, həmişə ağır nəticələr doğurur və insanlara yalnız bədbəxtlik gətirir. Az adam xatırlayır ki, 1991-ci ilin sentyabrında Yeltsin Nazarbayevlə Qarabağa getdi, onlar hamını barışdırmağa, Konstitusiya quruluşunun bərpasına kömək göstərəcəklərinə ümid edirdilər. Lakin separatçılar onların təkliflərini qəbul etmədilər və onlar nəticəsiz qayıtdılar. Yaddan çıxarmaq olmaz ki, bütün beynəlxalq rəsmi sənədlərə, o cümlədən BMT-nin bir neçə müvafiq qətnaməsinə görə, keçmiş Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsusdur.

Prezidentə sonsuz inam

- Sizin erməni dostlarınız var?

- Əlbəttə, var və biz normal ünsiyyətdəyik. Sizə deyim ki, ötən ilin payızında Qarabağ müharibəsi zamanı, mənə, demək olar, az qala hər gün, gənclik tanışlarımdan və ya dostlarımdan olan, talelərində Qarabağ separatizminin iz qoyduğu bakılı ermənilərdən zənglər gəlirdi. Bir dərindən düşünün, 1980-ci illərin sonunadək Bakıda rəsmi statistikaya görə, təxminən 300 min erməni yaşayırdı ki, bu da keçmiş Dağlıq Qarabağda yaşayanlardan iki dəfə yarım çoxdur.

Erməni diasporu (yeri gəlmişkən, biz heç belə söz də bilmirdik, sadəcə, özümüzü bir ailə kimi hiss edirdik) Azərbaycanda, xüsusən də Bakıda tamamilə dinc və firavan yaşayırdı. Buna görə də keçmiş Dağlıq Qarabağda separatizm hərəkatı başlananda azərbaycanlılar bunu xəyanət hesab etdilər.

- Mənə danışıblar ki, 2000-ci illərin əvvəllərində azərbaycanlılar rus kişilərlə ünsiyyət qurmurdular. Mağazalarda üzlərinə baxmırmışlar, kafelərdə xidmət göstərmirmişlər.

- Tamamilə cəfəngiyyatdır! Hətta bunu müzakirə etmək gülüncdür. Bakıda minlərlə rus var, yüzlərlə məktəbdə tədris rus dilində aparılır. Demək olar, bütün ali məktəblərdə rus dilində fakültələr var, Bakı Slavyan Universiteti uğurla fəaliyyət göstərir, Bakıda Rus Dram Teatrının isə yüzdən çox yaşı var. Elə gün olmur ki, şəhərin konsert meydançalarından birində məşhur rusiyalı artistlərdən kimsə çıxış etməsin.

Burada rus mədəniyyətinin müasir Azərbaycan mədəniyyətinə tarixən təsirini qeyd etməyə bilmərəm. Məsələn, simfonik musiqi. Azərbaycan musiqisinin dünya şöhrətli klassiki Qara Qarayev böyük Dmitri Şostakoviçin tələbəsi olub. Bu ilin payızında yüz illiyi qeyd olunacaq Bakı Musiqi Akademiyasının yaranmasında Moskva və Sankt-Peterburqun görkəmli professorlarının da böyük xidmətləri olub.

-Bu gün Azərbaycana İlham Əliyev rəhbərlik edir. Ona qədər isə atası Heydər Əliyev Prezident idi. Məgər belə varislik demokratikdir?

- Sizin sualınız ən azı on beş il gecikib. Azərbaycan xalqının Prezident Heydər Əliyevə elə inamı və etimadı var idi ki, o, həmin vaxtadək kifayət qədər böyük həyat məktəbi keçmiş İlham Əliyevi özünün varisi qismində dəstəkləyən zaman insanlar seçkilərdə bununla razılaşdılar. Bütün sonrakı illər təsdiq etdi ki, Azərbaycanın Ümummilli Lideri yanılmayıb.

Hətta Mossad həsəd aparar

-Siz bir çox ölkələrin hakimiyyət nümayəndələri ilə - prezidentlərlə, hökumət başçıları ilə, monarxlarla, böyük beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı müsahibələr aparmısınız. Onların bəzisinə baxan zaman mənə elə gəldi ki, siz söhbəti nəsə yumşaq aparırsınız. Kəskin mövzulardan qəsdən qaçırsınız?

- Siz yəqin haqlısınız, mən öz müsahibələrimi nə qədər kəskin olarsa bir o qədər yaxşıdır prinsipi üzrə qurmuram. Məsələ ondadır ki, mən çoxdan hesab edirəm, jurnalist sənəti, üstəlik müsahibə janrında, müəyyən mənada həkim sənəti ilə qohumdur.

Məlum olduğu kimi, həkimlərdə müxtəlif ixtisaslar olur: cərrahlar, terapevtlər, pediatrlar, ginekoloqlar və s. Bax beləcə, müsahibə aparanlar da bir növ ixtisaslaşırlar: bir qismi öz müsahibinə, obrazlı desək, skalpelsiz yanaşır, digəri ümumiyyətlə patoloq-anatom rolunda çıxış edir, ona siyasi meyitlərdən müsahibə götürmək xoş gəlir. Mən terapevt-həkimin oğlu kimi, müsahibə-portret yaratmaq, insanı olduğu kimi, ürəyinin necə döyündüyünü göstərmək, suallarımla onu küncə sıxışdırmamaq vəzifəsini qarşıma qoyuram.

Sonra mənə elə gəlir ki, qəhrəmanla bu tərzdə danışanda, o, daha çox açılır. Bu halda mənə son dərəcə vacibdir ki, həmsöhbətimə mənimlə danışmaq maraqlı olsun. İnanın, müsahibəni son dərəcə səylə hazırlayır və gələcək qəhrəmanım haqqında informasiyanı diqqətlə toplayıram. İsrailin filateliya hərisi olan Prezidentinə onun markalara marağı haqqında sual verdim, o isə təəccübləndi və soruşdu: “Sizdə bu informasiya haradandır? Mossaddan və ya MTN-dən?”. Mən isə cavab verdim: “Cənab Prezident, mən dünyanın ən yaxşı informasiya agentliyində - TASS-da işləyirəm və bizim informasiyaya həm MTN, həm də Mossad həsəd aparır”.

- Elə olubmu ki, hökumət nümayəndələrindən kimsə sizə bu və ya digər insanla nə haqqında danışmağı israrla tövsiyə edib?

- Bir dəfə də olmayıb! Düz sözümdür! Yalnız mən özüm TASS-ın rəhbərliyi ilə öz qəhrəmanlarımı seçir, onlarla danışacağım mövzuları müəyyənləşdirirəm. Doğrudur, bizim XİN-lə tez-tez məsləhətləşirəm və konsultasiya alıram. Düşünürəm ki, özümü peşəkar və savadlı insan hesab etmək, beləliklə də maraqlı qəhrəmanlar seçmək, aktual mövzularda söhbət etmək hüququm var.

Bilirsiniz, iyirmi ildir efirə çıxan “Hakimiyyət formulu” verilişimdə dünya ölkələri liderləri ilə təqribən 400 müsahibə aparmağa nail olmuşam. Göz dəyməsin, bizim proqramımıza ciddi irad bildirildiyi hal olmayıb.

Bundan başqa, zaman keçəndən sonra danışa bilərəm (öyünməyimi bağışlayın): 2003-cü ildə ABŞ Prezidenti Corc Buşla olan proqram efirə gedəndən sonra Vladimir Vladimiroviç Putin mənə zəng vurdu və yaxşı müsahibəyə görə təbrik etdi. Mən həmin zəngə görə ona çox minnətdaram.

Putinə sual var

- Xüsusi xidmət orqanlarından kiminləsə qarşılaşdığınız hal olubmu?

- Mən bir o qədər başa düşmədim, siz “qarşılaşmaq” feilində nəyi nəzərdə tutursunuz? Biz sovet dövründə gözəl dərk edirdik ki, bizim komsomol beynəlxalq fəaliyyətimiz bu və ya digər xidmətlərin nəzarət dairəsindədir, lakin bizə xüsusi olaraq heç kim heç bir göstəriş vermirdi və bizimlə söhbət aparmırdı. Bununla belə, onu da bilirdik ki, bizim fəaliyyətimizi hər şeydən əvvəl Qərbin xidmət orqanları daha böyük diqqətlə müşahidə edirdilər. O zaman mövcud oyun qaydaları belə idi.

Yeri gəlmişkən, beynəlxalq görüşlərdə, konfranslarda belə əməkdaşları tanımaq böyük zəhmət tələb etmirdi, çünki onların hamısı bir-birinə oxşayırdı. Yəqin hər peşə zahiri görkəmə də öz möhürünü vurur.

- Sizdən nə vaxtsa xəbərçilik edən olubmu?

- Yəqin ki, hə. Bunun olmaması qəribə olardı. Mənim haqqımda müxtəlif ünvanlara bir neçə axmaq anonim yazan insanı eynən bu yaxınlarda kifayət qədər asanlıqla müəyyən etdim. O, mənim rəhbərliyimə və digər yüksək kabinetlərə elə cəfəngiyyat yazmışdı ki, onlarda gülüşdən başqa heç nə doğurmamışdı. Onlar mənə gizlincə göndərilmiş bu məktubları göstərdilər də. Bu insan, təəssüf ki, bizim jurnalist cameəsindəndir, biz onilliklərdir tanışıq, o, hətta mənim yerlimdir. Əlbəttə, o, bunu hansısa gözügötürməzlikdən etdi, ola bilsin, sadəcə, məni ləkələmək istədi, halbuki mən ona heç bir pislik etməmişəm. Bu hadisəni şəxsən bilən yaxın azərbaycanlı dostumun, çox məşhur və çox istedadlı insanın mənə dediyi kimi: “Qulaq as, axı, onun övladları, nəvələri var. Onlar biləndə ki, o, bəsit anonimçidir, onların üzünə necə baxacaq?”

- Nəyə görə sizə paxıllıq edilsin?

- Kim bilir? Yəqin mən o insanlardanam ki, məşhur “Lazım olanı et, olan isə olacaq!” düsturunu qəbul edir. Hesab edirəm ki, öz həyatımı düzgün qururam. Mən heç vaxt heç kimə xəyanət etməmişəm, mən dostluğa sadiqəm, peşəkar korporasiyaya sadiqəm, valideynlərin xatirəsinə, insan birgəyaşayışı qaydalarına sadiqəm, inanıram ki, vicdan deyilən anlayış var. Mən öz ölkəmə - Rusiyaya sadiqəm və vicdanla xidmət edirəm. Mənə heç kim lobbilik etməyib, himayədarlıq etməyib, həyatda hər şeyə özüm nail olmuşam. Mən, həmçinin son dərəcə zəhmətkeş insanam, öz işimi sevirəm, özümü ondan kənarda təsəvvür edə bilmirəm. Bilirsiniz, gözəl şair Yuri Levitanskinin belə sətirləri var:

Qadını, dini, yolu.

Hər kəs seçir özü üçün

İblisə, ya Peyğəmbərə xidməti

Hər kəs seçir özü üçün.

- Vladimir Putinə hansı sualı verərdiniz?

- Mənim son dərəcə şəxsi bir sualım var. Məsələ ondadır ki, mən Vladimir Vısotskinin yaradıcılığını çox sevirəm. Mənə danışıblar ki, Putin də onun yaradıcılığının pərəstişkarıdır. Bundan başqa, böyük Yuri Petroviç Lyubimov mənə deyib ki, Vladimir Vladimiroviç işi ilə əlaqədar Peterburqdan Moskvaya köçəndən sonra Taqanka Teatrında baxdığı ilk tamaşa “Vısotski” olub. Bax, mən də Prezidentdən soruşmaq istəyərdim, Vladimir Vısotskinin hansı mahnısını daha çox sevir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib