Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Modern Diplomacy” nəşrində azərbaycanlı ekofəalların etiraz aksiyasına dair məqalə yayımlanıb

“Modern Diplomacy” nəşrində azərbaycanlı ekofəalların etiraz aksiyasına dair məqalə yayımlanıb

Bakı, 27 dekabr, AZƏRTAC

Son günlər azərbaycanlı ekofəalların Laçın yolunda ətraf mühitlə bağlı etiraz aksiyaları beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb edir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altındakı ərazilərdə qızıl və mis-molibden yataqlarının qanunsuz istismarının monitorinqinin aparılması üçün azərbaycanlı mütəxəssislərin həmin ərazilərə buraxılmaması, o cümlədən həmin faydalı qazıntıların Ermənistana daşınması üçün Laçın yolundan istifadənin artırılması etirazların əsas səbəbidir. Etiraz aksiyasının iştirakçıları “Ekoterrora son”, “Ekoloji cinayətlərə son” şüarları səsləndirməklə təbii sərvətlərin daha da talan olunmasının qarşısının alınmasını, Laçın yolu boyunca gömrük-keçid məntəqəsinin yaradılmasını tələb edirlər. Etirazların tezliklə dayanacağı ehtimal edilmir. Aksiyanın iştirakçıları prinsipial olaraq əmindirlər ki, tələbləri yerinə yetirilməyənə qədər geri çəkilməyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Modern Diplomacy” nəşrində dərc olunan “Ekologiya: Ermənistan-Azərbaycan münaqişəsinin katalizatoru” sərlövhəli məqalədə yer alıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan hökuməti faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının qarşısının alınması ilə bağlı əvvəllər dialoq yolu ilə addımlar atıb. Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri həmin ərazilərdə ilkin monitorinqin aparılması üsullarının müəyyən edilməsi məqsədilə dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar aparıb. Azərbaycanlı mütəxəssislər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı dekabrın 10-da ilkin monitorinq aparmalı idi. Lakin buna əvvəlcədən təşkil olunmuş müəyyən qruplar tərəfindən imkan verilməyib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiyaya nota verib. Bu, Azərbaycan ictimaiyyətində haqlı narazılığa və hiddətə səbəb oldu. Buna cavab olaraq, qeyri-qanuni istismarın ətraf mühitə ağır təsirləri barədə məlumatlılığı artırmaq üçün bir qrup vətəndaş cəmiyyəti təmsilçisi – QHT-lər, jurnalistlər, fəallar və könüllülər ayağa qalxdılar. Etiraz aksiyasının iştirakçıları aydın mesaj verirlər: Sərvətlərimizin qanunsuz istismarında və ətraf mühitə ciddi ziyan vurulmasında Rusiya sülhməramlı qüvvələrinin və Ermənistanın hüquqi-mənəvi məsuliyyəti var.

Yazıda dinc aksiyadan sonra Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin dekabrın 12-də etirazçıların mədən sahələrinə doğru irəliləməsinin qarşısını almaq üçün yolu bağladıqları və bunun Azərbaycanda humanitar böhrana səbəb olduğu qeyd edilib: “Azərbaycan yolun bağlanmasına görə məsuliyyəti rədd edir və bəyan edir ki, erməni tərəfi humanitar vəziyyətin pisləşməsi barədə süni şəkildə təsəvvür yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) də qeyd edib ki, “Azərbaycan hökumətinin hazırda “Laçın dəhlizi”ndə vəziyyətə nə dərəcədə nəzarət etməsi indiki mərhələdə mübahisəli və aydın deyil”. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizi boyunca dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri və Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat verir”.

Məqalədə bildirilib ki, sosial şəbəkələrdə paylaşılan videolarda içərisində humanitar malların olduğu iddia edilən Rusiya sülhməramlılarının yük maşınlarının gündəlik olaraq ərazidən keçməsinə şərait yaradıldığı görünür. Bundan başqa, ağır xəstələr Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə İrəvana aparılıb. Həmin faktlar bir daha təsdiqləyir ki, yolboyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti rejimi dəyişməz olaraq qalır. Bundan əlavə, Bakı Azərbaycan tərəfinin Xankəndidə yaşayan erməni sakinlərinin humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bəyan edib.

Həmçinin vurğulanıb ki, Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarına etirazçıların hərbi təxribatların qarşısının alınması ilə bağlı tələblərinin yerinə yetirilməsinin vacibliyini xatırladıb. Maraqlıdır ki, Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarına inamsızlıq bu gün hər zaman olduğundan daha güclüdür. Qarabağda olduqları iki il ərzində onlar haqlı tənqidlərə məruz qalıblar və onların öz vəzifələrini yerinə yetirməmələri ciddi müzakirələrə səbəb olub. Videogörüntülərdən və fotoşəkillərdən də göründüyü kimi, talan edilmiş təbii sərvətlərin və hərbi texnikanın xüsusi olaraq humanitar məqsədlər üçün ayrılmış Laçın-Xankəndi yolu ilə daşınmasına şərait yaradılıb. Ona görə də Azərbaycan ictimaiyyəti onların öz öhdəliklərini - 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozduğuna görə narazılığını tamamilə haqlı olaraq ifadə edir.

Ən əsası isə ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi və xüsusilə ekoloji problemlərlə bağlı məsələlər hər zaman ictimaiyyəti maraqlandırıb və hökumət bunu daim müdafiə edir. Tovuz döyüşlərindən sonra Bakının Azadlıq meydanına toplaşan minlərlə etirazçı qoşunların səfərbər edilməsi və Qarabağın azad olunması tələbi ilə hökumətə müraciət etdi. Azərbaycan hökumətinin 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlanılması barədə qərar verməsi bunu təsdiqləyir. Ona görə əminliklə deyə bilərik ki, bu, Azərbaycanın ictimai rəyi və xalqın kollektiv iradəsinin Ermənistan-Azərbaycan münaqişəsi kontekstində hakimiyyəti necə hərəkətə keçirməyə vadar edə biləcəyinin növbəti sübutudur. Beləliklə, Azərbaycan ictimaiyyətinin artan narahatlığı nəzərə alınmasa, sülh prosesi daha da pisləşəcək.

Yazıda ermənilərlə azərbaycanlılar arasında ekoloji problemlərlə bağlı sosial səfərbərliyin yeni olmadığı, sovet dövrünün sonuna yaxın Şuşa yaxınlığındakı Topxana meşəsinin qırılmasına etiraz olaraq Bakıda böyük mitinqlərin keçirildiyi xatırlanıb. Hətta bu mitinqlərin sonradan Azərbaycanda milli azadlıq hərəkatına çevrildiyi və etirazların başladığı günün hazırda ölkədə Milli Dirçəliş Günü kimi qeyd edildiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan işğal altındakı ərazilərdə ekoloji problemləri əvvəllər də israrla gündəmə gətirib, beynəlxalq təşkilatlara müraciət edib. 2006-cı il sentyabrın 7-də BMT Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə qəbul edərək, ətraf mühitə geniş ziyan vurulması ilə nəticələnən yanğınlarla bağlı ciddi narahatlıq ifadə edib. Həmin sənəddə Azərbaycanın yanğınlardan zərər çəkmiş ərazilərində təxirəsalınmaz ekoloji əməliyyatın aparılmasının vacibliyi qeyd olunur. Qətnamənin əsasında ATƏT-in faktaraşdırıcı missiyası 2006-cı il oktyabrın 2-dən 13-dək həmin vaxt işğal altında olan və yanğından zərər çəkmiş ərazilərə səfər etmiş və belə nəticəyə gəlmişdir ki, “yanğınlar ekoloji və iqtisadi ziyanla nəticələnmiş və insanların sağlamlığına təhlükə törətmişdir”. Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamədə də bu missiyanın hesabatına istinad edilmişdir. Daha sonra Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti ilə bağlı fəaliyyətlər Xarici İşlər Nazirliyinin 2017-ci il aprelin 10-da BMT-nin Baş katibinə ünvanlanmış Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair hesabatında ətraflı əksini tapıb.

“Ermənistanın Rusiya sülhməramlı qüvvələri ilə sıx əməkdaşlıq edərək Qarabağın təbii sərvətlərini istismar etməsi beynəlxalq hüququn, xüsusən də Azərbaycanın milli ehtiyatları üzərində daimi suverenliyinin pozulmasıdır. Yekun olaraq qısaca deyə bilərik ki, Azərbaycan vətəndaşları Laçın yolunun nəzarətsiz buraxılmasının yaratdığı təhlükələrdən getdikcə daha çox narahat olmağa başlayıblar. Laçın yolundan qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün, o cümlədən Azərbaycanın milli sərvətlərinin qanunsuz dövriyyəsi üçün açıq-aşkar sui-istifadə edilməsi ekosistemə qarşısıalınmaz ziyan vurmaqda davam edir. Ona görə də bu vəziyyətdən yeganə çıxış yolu daimi nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır ki, nəzarət təmin olunsun”, - deyə məqalədə qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir