Monteneqro XİN Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının öldürülməsi ilə bağlı başsağlığı verib
AzerTAg.az

Bakı, 28 yanvar, AZƏRTAC
Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyərək, diplomatik nümayəndəliklərə qarşı zorakılığın qəbuledilməz olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Monteneqro Xarici İşlər Nazirliyinin tviter hesabında yaydığı bəyanatda deyilir: “Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq qəbuledilməzdir. Həlak olan əməkdaşın ailəsinə başsağlığı veririk”.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.
Xəbərin mətnində orfoqrafik səhv var