DÜNYA
Monteneqro parlamentində yeni siyasi palitra formalaşır
Bakı, 15 sentyabr, AZƏRTAC
Monteneqronun Dövlət Seçki Komissiyası bu yaxınlarda ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb və qanunverici orqanda partiya və koalisiyaların əldə etdikləri yerlərin sayını müəyyən edib.
AZƏRTAC xəbər verir ki, parlament seçkilərinin rəsmi nəticələrinə müvafiq olaraq “Monteneqro uğrunda qətiyyətlə! Sosialistlərin Demokrat Partiyası – Milo Cukanovıç” koalisiyası indi 30 yer, “Monteneqronun gələcəyi naminə” – 27, “Millətimizə sülh” koalisiyası - 10, “Qara və ağ” platforması isə 4 yer əldə edib.
Sosial-demokratlar və Bosniya partiyası hərəyə 3 deputat yeri qazanıb.
Monteneqronun “Nik Geloşay-Gençi Nimanbequ” alban icmasının və “Həmrəylik” koalisiyasının hər biri yeni çağırış qanunvericilik orqanında bir nümayəndə ilə təmsil olunacaqlar.
Bununla da parlamentdə ölkənin inkişafının avropapərəst vektorunun qorunub saxlanması üçün kifayət qədər mandat toplanır.