Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada Azərbaycan Respublikası Günü qeyd edilib VİDEO

Moskva, 29 may, AZƏRTAC

Mayın 28-də rusiyalı siyasətçilər, mədəniyyət xadimləri və elmi ictimaiyyətin nümayəndələri ölkəmizin Moskvadakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda Azərbaycanı Respublika Günü münasibətilə təbrik etməyə gəlmişdilər.

AZƏRTAC xəbər verir ki, qonaqları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu salamlayıb. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi barədə məlumat verərək vurğulayıb ki, AXC müsəlman Şərqində demokratik prinsipləri və dəyərləri, habelə azadlıq və demokratiya ideallarını təcəssüm etdirən ilk parlament respublikası olub. Səfir xatırladıb ki, bu il Respublika Günü bayramı ilə bərabər Azərbaycanın diplomatik xidmət orqanının yaradılmasının 100 illiyi də qeyd edilir.

Səfir tədbirə toplaşanlara müraciətlə deyib: “1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyi haqqında Təlimat qəbul edilib. Bununla əlaqədar, Prezident İlham Əliyevin Sərəncamına əsasən iyulun 9-u Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı kimi qeyd edilir”. Onun sözlərinə görə, dövlətçilik tarixi diplomatiyanın tarixi ilə sıx bağlıdır. Səfir deyib: “Sovet dövrü başa çatandan, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycan diplomatiyası mürəkkəb təşəkkül mərhələlərindən keçib, siyasi reallığa daxil olub. İndiki Azərbaycan diplomatiyası ümummilli lider, xalqımızın görkəmli oğlu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan XİN-in sabit strukturu formalaşıb. Hazırda dünyanın 70-dən çox ölkəsində öz nümayəndəliyi olan Azərbaycan XİN dövlət başçısının xarici siyasət kursunu reallaşdırır”.

P.Bülbüloğlu vurğulayıb ki, əsasını milli maraqlar təşkil edən ölçülüb-biçilmiş, çoxvektorlu xarici siyasət sayəsində Azərbaycan dövləti 30 ildən çoxdur ki, ona münasibətdə hərbi təcavüz siyasəti yürüdən, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan müstəsna olmaqla, dünyanın bütün dövlətləri ilə dostluq əlaqələrini və qarşılıqlı faydalı münasibətlərini davam etdirir. O deyib: “Ermənistanda başa düşməlidirlər ki, dünya birliyi hərbi təcavüzün nəticələrini heç vaxt legitim hesab etməyəcək”.

Səfir qeyd edib ki, silahlı münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə nizamlanması bugünkü narahat dünyamızda ümumi etimad mühiti yaradılması üçün əsas şərtdir. Azərbaycan səfiri deyib: “Prezident İlham Əliyev öz fikrini belə ifadə edib ki, biz proses xatirinə danışıqları imitasiya etməyə yox, bu məsələni “ölü nöqtə”dən tərpədə biləcək real danışıqlar aparmağa hazırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi həllinin tapılması məsələsində ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Rusiyanın çox mühüm rol oynaya biləcəyini vurğulamaq lazımdır”.

Diplomat qeyd edib ki, Azərbaycan regiondakı bütün ölkələrlə mehriban qonşuluq siyasətinin tərəfdarıdır. P.Bülbüloğlu deyib: “Bununla əlaqədar xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Rusiya ilə əsrlərboyu formalaşmış dərin tarixi və mədəni əlaqələrə qayğı ilə yanaşır. Dövlətlərimizin liderləri arasında şəxsi əlaqələr və etimada əsaslanan münasibətlər hərtərəfli strateji əməkdaşlıq üçün möhkəm və əlverişli zəmin yaradır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz mehriban dostlar və etibarlı qonşularıq. Azərbaycan Respublikası Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə dünənki təbrik məktubunda qeyd edildiyi kimi, Rusiyada da Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, bütün sahələrdə səmərəli ikitərəfli əlaqələr, habelə dost xalqlarımızın köklü mənafelərinə cavab verən regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş konstruktiv qarşılıqlı fəaliyyət birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək”.

Təntənəli tədbirdə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də çıxış edib. Nazir müavini vurğulayıb ki, Rusiya ilə Azərbaycanın bugünkü ikitərəfli münasibətləri möhkəm təməl üzərində qurulub. O deyib: “Regionlar, idarələr arasında və əlbəttə, ilk növbədə, dövlətlərimizin başçıları – daim bir-biri ilə əlaqə saxlayan Prezident Vladimir Putin ilə Prezident İlham Əliyev arasında etimada əsaslanan səmimi, qeyri-formal münasibətlər formalaşıb. Təkcə 2018-ci ildə Rusiya və Azərbaycan Prezidentləri altı dəfə görüşüblər. Dünyada indiki şəraitdə əlaqələndirmənin və qarşılıqlı etimadın belə səviyyədə olması xüsusilə vacibdir”.

Q.Karasin qeyd edib ki, Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin miqyası və keyfiyyəti ilbəil artır, ticari-iqtisadi əlaqələr inkişaf edir. İndi ikitərəfli “Rusiya-Azərbaycan” sammitinə hazırlıq gedir. 2018-ci ilin sentyabrında Prezident İlham Əliyevin Soçiyə rəsmi səfəri zamanı imzalanmış 2024-cü ilə qədər olan dövr üçün əməkdaşlığın əsas istiqamətləri üzrə fəaliyyət planının reallaşdırılması üzrə ciddi iş aparılır. Rusiyalı diplomat deyib: “Regionlararası kooperasiyanın müstəsna dərəcədə möhkəm təməli yaranıb. Bu gün RF-nin 17 subyektinin Azərbaycan ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri qüvvədədir. 72 regionun şirkətləri Azərbaycan istiqamətində ixrac-idxal əməliyyatları aparır. Rusiya-Azərbaycan regionlararası forumu mühüm rol oynayır. Keçən il bu forumun işində prezidentlər də iştirak ediblər. Bu il Rusiyada onuncu, yubiley forumu keçirməyə hazırlaşırıq”.

Q.Karasin xatırladıb ki, 2020-ci ildə Samur çayı üzərindən strateji əhəmiyyətli körpünün tikintisi başa çatacaq. Bu körpü sərhəddə yüklərin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Rusiyalı turistlərin Azərbaycana marağı ilbəil artıq. Hazırda Rusiya Azərbaycana səfər edən turistlərin sayına görə birinci yerdədir – 800 min nəfər. Humanitar sahədə qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycanın əməkdaşlığında dəyişməz prioritet kimi qalır. Ölkələrimizə miras qalmış ümumi dil, təhsil və mədəni məkanın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir. Q.Karasin vurğulayıb: “Hazırda Rusiyada Azərbaycanın 15 minə yaxın vətəndaşı təhsil alır. Rusiyanın aparıcı ali məktəblərinin – Moskva Dövlət Universitetinin və Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycandakı filialları uğurla işləyir. Yaxın gələcəkdə MDBMİ-nin filialının açılacağı gözlənilir. Beləliklə, Rusiya Azərbaycan elitasının gələcək nəsillərinin hazırlanmasını öz töhfəsini verir”.

Nazir müavini qeyd edib ki, praktiki olaraq Azərbaycanın hər yerində - Bakıda, Lənkəranda və Gəncədə rus dilinə qayğıkeş münasibət bəslənilir, insanlar bu dildə sərbəst danışırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən artıq məktəb var. Bu, ölkələrimiz arasında münasibətlər üçün son dərəcə vacibdir. Q.Karasin sonda deyib: “Rusiyada öz cənub qonşularını firavanlasan və geniş əməkdaşlıq üçün açıq dövlət kimi görmək istəyirlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Azərbaycan Respublikası Günü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib