DÜNYA


Moskvada Rusiya-İran parlamentlərarası əlaqələri müzakirə olunub

Moskvada Rusiya-İran parlamentlərarası əlaqələri müzakirə olunub

Moskva, 8 fevral, AZƏRTAC

İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyada rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.

Görüşdə iki ölkə parlamentlərinin yüksək səviyyədə komissiyasının İranda keçiriləcək iclasına hazırlıq, energetika, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər bu ilin sonunda Moskvada Rusiya, İran, Türkiyə, Əfqanıstan, Çin və Pakistan nümayəndələrinin iştirakı ilə terrorizmlə mübarizəyə dair konfrans keçirilməsi məsələsini də nəzərdən keçiriblər.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanlandığı məktubu V.Volodinə təqdim edib. O, Rusiyadan ölkəsinə koronavirusa qarşı peyvənd preparatlarının ilk partiyasının artıq daxil olduğunu vurğulayıb.

Məhəmməd Bağer Qalibafın həmçinin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü olub.

Fevralın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyanın xarici işlər naziri Segey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.