MƏDƏNİYYƏT


Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

Moskva, 22 yanvar, AZƏRTAC

Moskvanın “Başmet-tsentr” Mədəniyyət və Yaradıcılıq Evində Riad Məmmədov triosunun konserti olacaq.

AZƏRTAC mərkəzin mətbuat xidmətinə istinadla xəbər verir ki, kollektiv moskvalı musiqisevərlərə muğam janrında interpretasiya təqdim edəcək. Konsertlə bağlı mətbuat üçün açıqlamada deyilir: “Moskva səhnəsində ilk dəfə olaraq Azərbaycan xalq yaradıcılığının unikal peşəkar janrı olan muğamın təqdimatı olacaq. Caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan bir də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.

Konsertin proqramına klassik və caz musiqisinin nümunələri daxil edilib. Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryaboyun ifasında muğamla yanaşı, Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri səslənəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.