İQTİSADİYYAT
Moskvanın “Karat” pendir zavodu Azərbaycanda tərəfdaş axtarır
Bakı, 10 iyun, AZƏRTAC
Moskvanın “Karat” pendir zavodu Azərbaycanda tərəfdaş axtarır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 10-da Bakı Ekspo Mərkəzində açılan 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinin iştirakçısı Moskvanın “Karat” əridilmiş pendir zavodunun meneceri Sergey Deryabin deyib.
O qeyd edib ki, zavod 1934-cü ildən fəaliyyət göstərir. Bu indiyədək bizim əsas istehsal sahəmizdir. Müəssisə Rusiya istehlakçıların yaxşı tanış olan "Drujba", "Yanvar", "Şokolad" kimi ticarət markalarının istehsalçısıdır: “Təbii ki, hazırda bu məhsulları genişləndirmək niyyətindəyik. Eyni zamanda, Azərbaycan şirkətləri ilə ticarət əlaqələri yaratmaq istəyirik. Ümid edirik ki, bu sərgidə ölkənizdəki şirkət və şəbəkələrlə də ticari əlaqələr quracağıq”.