DÜNYA


Mövlud Çavuşoğlu: Fransa Türkiyəyə soyqırımı dərsi keçə bilməz

Bakı, 12 aprel, AZƏRTAC

Antalya şəhərində keçirilən NATO Parlament Assambleyasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada hər il aprelin 24-nün qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsini anma günü elan edilməsinə sərt münasibət bildirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, türkiyəli nazir Fransanın soyqırımı və tarix məsələlərində Türkiyəyə dərs keçəcək sonuncu ölkə olduğunu deyib. M. Çavuşoğlu əlavə edib ki, fransızların müstəmləkəsi olmuş Əlcəzairdə milli-azadlıq hərəkatı iştirakçılarından 1,5 milyon nəfəri qətlə yetirən, yüz minlərlə insanı yaralayan və itkin düşməsinə səbəb olan Fransanın soyqırımından danışmağa mənəvi haqqı yoxdur. Onun sözlərinə görə, digər müstəmləkə ölkəsi olan Ruandada da etnik tutsilərin kütləvi məhv edilməsində də fransız hökumətinin əli var. Həmin vaxt fransız hökuməti ağır cinayətkar şəxslərin qaçması üçün şərait yaratmışdı.

M.Çavuşoğlu bildirib ki, Fransada 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə əlaqədar qəbul olunmuş son bəyannamə bu ölkənin Konstitusiya məhkəməsinin səlahiyyətlərini aşan bir hərəkətdir. O qeyd edib ki, tarixçilərin araşdırmalı olduğu bu hadisələrin siyasətə alət edilməsi təəssüf doğurur. Eyni zamanda, türkiyəli nazir Fransa Prezidentinin müvafiq fərmanını da populist addım adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.