SİYASƏT


Mövlud Çavuşoğlu Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Ankara, 17 noyabr, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.

AZƏRTAC xəbər verir ki, nazir “Twitter” sosial şəbəkə hesabında yazıb: “32 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarının da azadlığına qovuşdu. 1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad edilən torpaqlarda yüksəlir. Milli Dirçəliş Günün mübarək olsun, can Azərbaycan!”

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.