SİYASƏT


Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır

Bakı, 8 aprel, AZƏRTAC 

Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri AZƏRTAC-a şərh edərkən bildirib.

“Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir.

Ali Baş Komandanımızın bəyan etdiyi kimi, Ermənistan sülh istəyirsə, erməni əsgəri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır”, - deyə polkovnik V.Dərgahlı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.