SİYASƏT


Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu yüksək fəxri adlar və ali rütbələrlə təltif edilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Sərəncamına əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Həmçinin altı nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 15 nəfər (bir nəfər ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan başqa, 28 nəfər “İgidliyə görə”, 29 nəfər isə “Hərbi xidmətlərə görə” medalına layiq görülüblər.

Dövlətimizin başçısının imzaladığı digər Sərəncamla bir nəfərə “general-leytenant”, yeddi nəfərə isə “general-mayor” ali hərbi rütbələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.