ORDU
Müdafiə naziri Moskvada keçiriləcək hərbi parada dəvət olunub
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi parada qonaq qismində qatılacaq. Nümayəndə heyəti iyunun 23-də Moskvaya yola düşəcək.
Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
- 26.04.2024 [10:14]
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO
- 25.04.2024 [10:31]