ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 27-də tarix və kimya üzrə imtahanlarda 2 min 977 nəfər iştirak edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, namizədlər arasında ən yüksək nəticə olaraq hər iki fənn üzrə 59 bal qeydə alınıb.

İyulun 28-də keçirilən fizika və texnologiya üzrə test imtahanlarında isə 3 min 468 namizədin iştirakı gözlənilir.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində aparılan imtahanlar iyulun 31-də başa çatacaq.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.