MƏDƏNİYYƏT


Müslüm Maqomayevin 80 illiyi münasibətilə videoçarx hazırlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialı SSRİ Xalq artisti, dünyaşöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illiyi münasibətilə videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx Müslüm Maqomayev haqqında Azərbaycanın görkəmli yazıçı-publisisti Fazil Rəhmanzadənin “Sən olmasaydın” adlı Azərbaycan və rus dillərində nəşr edilən kitabının bəzi görüntüləri əsasında hazırlanıb.

Videoçarxda, həmçinin qeyd olunub ki, M.Maqomayev tək Azərbaycan musiqisinə deyil, ümumilikdə dünya musiqisinə töhfə vermiş sənətkardır. Görkəmli musiqiçi 2008-ci il oktyabrın 25-də 66 yaşında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.