ELM VƏ TƏHSİL


Mustafa Babanlı: Bu ilin sonunadək ADNSU-da bir neçə adda məhsulun istehsalına başlanılacaq

Bakı, 6 iyun, P.İmanova, AZƏRTAC

Dövlətimizin başçısının ölkəmizdə apardığı əsas siyasət ali təhsil müəssisələrində təkcə mütəxəssislərin hazırlanmasına deyil, həmçinin kiçik və orta sahibkarlığa dəstək göstərilməsi istiqamətində addımların atılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “IXUN” Lazer Mərkəzinin təqdimatı ilə bağlı keçirilən tədbirdə rektor, professor Mustafa Babanlı jurnalistlərə müsahibəsində söyləyib.

ADNSU-da son yeniliklərdən və gələcək planlardan söz açan M.Babanlı deyib: “İnnovativ istehsalın universitetimizə gətirilməsində maraqlıyıq. Bu istiqamətdə həm texnologiyaların transferi, həm də startap müəssisələrinin yaradılmasında müəyyən addımlar atmışıq. Cari ilin sonunadək ADNSU-da “Made in Azerbaijan” brendi adı altında üç və ya dörd məhsulun istehsalına başlanılacaq. Həmçinin bu məhsulların xarici bazarlara ixracatı həyata keçiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.