Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mustafa Nəsirov – 100: Hərb tariximizdə mühüm xidmətləri olan ilk azərbaycanlı sərhədçi general

Bakı, 25 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında mühüm xidmətlər göstərmiş general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illiyi tamam olur. SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyən Mustafa Nəsirov Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasında onun da mühüm xidmətləri olub.

“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədr müavini, istefada olan polkovnik Əli Orucov AZƏRTAC-a açıqlamasında general-mayor Mustafa Nəsirovun Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında xidmətləri ilə bağlı ətraflı məlumat verib.

Qeyd olunub ki, 1921-ci ildə qədim Dərbənd şəhərində zəhmətkeş ailəsində dünyaya göz açan əfsanəvi soydaşımız Mustafa Cəfər oğlu Nəsirov bu xüsusiyyətlərə malik şəxsiyyətlərdən idi. Atası qulluqçu, anası isə dindar evdar xanım idi. Buna baxmayaraq, valideynləri övladlarının təhsilinə yüksək diqqət və tələbkarlıqla yanaşırdılar. Məhz bu səbəbdən 1940-cı ildə anasının ümdə arzusunu yerinə yetirən Mustafa Nəsirov Dağıstan Dövlət Müəllimlər İnstitutunu bitirərək Sabnov kənd məktəbinin müəllimi qismində işə başlayır. Uzun müddət keçməmiş pedaqoji fəaliyyətini dayandıraraq İkinci Dünya müharibəsinin od-alovuna düşən Mustafa Nəsirov özünü bacarıqlı, qətiyyətli və fiziki cəhətdən möhkəm göstərdiyindən 1942-ci ildə Sərhəd Qoşunlarının Saratov Ali Hərbi Məktəbinə göndərilir. Üçillik kursu doqquz aya bitirən Mustafa Nəsirov Orta Asiya Sərhəd dairəsinə təyinat alır. Müharibə başa çatdıqdan sonra Mustafa Nəsirov hərbi xidmətini davam etməyə qərar verir və 1947-ci ildə Frunze şəhərinə qarnizon komendaturasına rəis vəzifəsinə təyin olunur. Lakin əldə olunan bu nailiyyətlərlə kifayətlənməyən Mustafa Nəsirov biliklərini artırmaq və bacarıqlarını təkmilləşdirmək məqsədilə 1948-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Hərbi Akademiyasına qəbul olunur və 1952-ci ildə Akademiyanı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Sərhəd Dairəsinin qərargahında döyüş hazırlığı üzrə rəis vəzifəsinə təyin olunur.

Mustafa Nəsirov müxtəlif məsul vəzifələrdə işləyərkən özünü savadlı, intizamlı, tələbkar və qayğıkeş zabit kimi göstərib. Onun sərhədin mühafizəsinin effektivliyinin və səmərəsinin artırılması istiqamətində təşəbbüs və praktiki təklifləri yuxarı rəhbərlik tərəfindən böyük rəğbətlə qarşılanır, daha sonra xidmətdə tətbiq olunması tövsiyə olunurdu. Yüksək savada və analitik düşüncəyə malik Mustafa Nəsirovun hərbi-elmi mülahizələri “Poqraniçnik” jurnalında dərc edilir və oxucular arasında böyük maraqla qarşılanırdı.

Xidmətində hər zaman qüsursuz intizamı və peşəkarlığı ilə fərqlənən, böyük təcrübəyə malik polkovnik Mustafa Nəsirov yüksək potensialına baxmayaraq, uzun müddət xidmətini Prişib, Neftçala və Naxçıvan sərhəd dəstələrində davam etdirir. Bunu Sovet İttifaqı dövründə hərb sahəsində mühüm və məsul vəzifələrə azərbaycanlıların təyinatının çox nadir hallar təşkil etməsi ilə əlaqələndirmək olar.

Əli Orucov bildirib ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə dövlət strukturlarında yüksək intensivliklə milliləşmə prosesinə başlanıldı. Təsadüfi deyil ki, elə bu dönəmdə Mustafa Nəsirov general-mayor rütbəsinə layiq görülərək Zaqafqaziya Sərhəd Dairəsinin komandanının müavini vəzifəsinə təyin olunur. Həmin hadisələri Mustafa Nəsirov belə xatırlayırdı: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, sərhədçilər arasında ilk azərbaycanlı generalam. ... Mənim “general-mayor” ali hərbi rütbəsinə yüksəlməyim xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində mümkün olub. Yüzlərlə, minlərlə azərbaycanlılardan biri kimi, mən də həmişə Heydər Əlirza oğlundan böyük diqqət və qayğı görmüşəm. Mənim həyatımda və taleyimdə bu böyük şəxsiyyətin, dahi insanın xüsusi yeri vardır”.

Mustafa Nəsirov hər zaman öz prinsiplərinə sadiq, təvazökar və ədalətli mövqe nümayiş etdirib. Bunun bariz nümunəsi olaraq oğlunun Vətən qarşısında borcunu yerinə yetirmək üçün Əfqanıstana yola düşməsinə xeyir dua verməsini qeyd etmək olar. Oğlu Elşad xidmətini layiqincə başa çatdırıb, döyüş təltifləri ilə mükafatlandırılaraq geri qayıdır.

Xidmətini başa vurub istefaya çıxdıqdan sonra general-mayor Mustafa Nəsirov Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının sədri vəzifəsinə seçilib. 1993-cü ildə böyük təcrübəsi, yüksək savadı və peşəkarlığı nəzərə alınaraq Mustafa Nəsirov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində sərhəd məsələləri üzrə baş məsləhətçi vəzifəsinə təyin olunub.

Qarabağda döyüşlərin başlanması ilə Mustafa Nəsirov sədrlik etdiyi Veteranlar Şurasının üzv zabitlərini təşkilatlandıraraq, cəbhə bölgəsinə səfərlər təşkil edib, hərbi konsultasiyalar keçirib, müharibədə uğurların əldə olunması üçün bütün güc və vasitələrini səfərbər edib.

“Düşünürəm ki, artıq generalımızın ruhu şaddır. Belə ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin peşəkarcasına yerinə yetirdiyi döyüş tapşırığı nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi, dövlət sərhədi tam bərpa olundu”, - deyə istefada olan polkovnik bildirib.

Azərbaycan Sərhəd Qoşunlarının əfsanəvi əməkdaşı adlandırılan general-mayor Mustafa Nəsirov həyatının 45 ilini sərhədçi zabit qismində Vətəninin hüdudlarının mühafizəsinə, xalqının təhlükəsizliyinə və dövlətçiliyin qorunmasına həsr edib. Onun həyat yolu, keçdiyi keşməkeşli hərbi xidmət illəri gənc nəsil üçün böyük örnək və nümunədir. Bu illər ərzində general Mustafa Nəsirov üç ordenlə və müxtəlif respublikaların 30-a yaxın medalı ilə təltif olunub. Bundan əlavə, Mustafa Nəsirov “SSRİ DTK-nın Fəxri Əməkdaşı”, “Əməkdar Hüquqşünas” və “Dərbənd Şəhərinin Fəxri Vətəndaşı” fəxri adlarına layiq görülüb.

“Bu gün böyük şəxsiyyət general-mayor Mustafa Cəfər oğlu Nəsirovun 100 illik yubileyi ərəfəsində “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin bütün üzvləri böyük qürur və iftixar hissi ilə əfsanəvi həmkarının xatirəsini dərin hörmət və ehtiramla anır.

Şübhəsiz general-mayor Mustafa Nəsirovun Azərbaycan hərb tarixinin görkəmli simaları sırasında özünəməxsus yeri vardır. Bu tarixi, bu irsi daim yaşatmaq və təbliğ etmək hər birimizin ali borcudur”, - deyə istefada olan polkovnik Əli Orucov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib