REGİONLAR
Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri gücləndirilir
Naxçıvan, 12 avqust, AZƏRTAC
2020-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 26 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 25 vergiödəyicisi tərəfindən “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsdə sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbzin alınmaması faktları aşkar edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]