ELM VƏ TƏHSİL


NASA Marsın tədqiqi üçün robot “arı”lar hazırlayır

Bakı, 5 aprel, AZƏRTAC 

Hazırda kəşfiyyat aparatları Marsa səyahət missiyasının öhdəsindən müvəffəqiyyətlə gəlir. Lakin ABŞ-ın aerokosmik agentliyi NASA-nın əməkdaşları “Mars arıları” adlandırdıqları qeyri-adi robot “arı”ları bu məqsədlə istifadə etməyi daha məqsədəuyğun sayırlar.

Şirkət nümayəndələrindən biri Çanq-Kvon Kanın sözlərinə görə, bu robotlar cırcıramalar kimi qanadları ilə uçmaq imkanına malik olacaq. Qanadların beş santimetrə qədər açılması robotlara çətinliklə gedilə bilən yerlərə uçmaqla bərabər, ətraf mühitin fiksasiya olunması üçün havada uzun müddət dayanmağa imkan verəcək. Robotlara atmosferin, həmçinin torpağın analizi üçün müxtəlif tənzimləyicilər, foto və video qeyd üçün vasitələr quraşdırılacaq. “Mars arıları” informasiyanı Marsda gəzən aparata yükləyəcək, bu aparat isə onları Yer kürəsinə yönləndirəcək.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, NASA əməkdaşları tədqiqatlar zamanı miniatür yer robotlarının yaradılması təcrübəsinə malik olan yapon mühəndislər ilə əməkdaşlıq edəcəklər. Mütəxəssislər birgə səylə robotların konstruksiyasının olduqca sadə, eyni zamanda, etibarlı olmasına nail olmaq istəyirlər. Əslində “Mars arıları”nın yaradılması arzusu heç də təsadüfi deyil. Belə ki, Marsda atmosfer təzyiqi Yer planetindən bir neçə dəfə aşağıdır. Bu isə öz növbəsində dron kimi böyük uçuş aparatları və kiçik vertolyotların “qırmızı” planetin hava şərtlərinə uyğunlaşa bilməməsinə səbəb olur. Ona görə də, aparat nə qədər kiçik olarsa, uçuş zamanı daha rahatlıqla hərəkət edə biləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.