Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

NATO-nun 70 illiyi: üzvlər arasında ziddiyyətlərin yeni mərhələsi

NATO-nun 70 illiyi: üzvlər arasında ziddiyyətlərin yeni mərhələsi

Bakı, 8 aprel, AZƏRTAC

“Newtimes.az” portalında “NATO-nun 70 illiyi: üzvlər arasında ziddiyyətlərin yeni mərhələsi” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Amerikanın paytaxtında Şimali Atlantika Alyansının 70 illik yubileyi təntənə ilə qeyd edilib. Yubiley tədbirləri hay-küylü bəyanatların fonunda baş tutub. Üzv dövlətlər arasında fikir ayrılığı çərçivəsində bir sıra hadisələr baş verib ki, ekspertlər onların əsasında analiz aparır və proqnozlar verirlər. O cümlədən ABŞ-Türkiyə münasibətlərinin dinamikasına işıq salmağa çalışırlar. Ancaq burada bir başlıca məqam nədənsə unudulur. Məsələ ondan ibarətdir ki, Amerika, ümumiyyətlə, NATO üzvləri ilə ziddiyyətə girib. Fransa və Almaniyanın müstəqil Avropa ordusu yaratmaq ideyasını irəli sürməsi məhz bu aspektlə bağlıdır. Bunun fonunda da Amerikanın Türkiyəyə qarşı əsassız iddialarının morfologiyasını anlamaq olar. Digər tərəfdən, burada Rusiya amilinin rolunu unutmaq olmaz. Bütün bu məqamların işığında Alyansın 70 illik yubileyi kontekstində böyük dövlətlər arasında geosiyasi münasibətlərin bəzi mühüm aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Hamıya hücum: Vaşinqton Şimali Atlantika Alyansını parçalayır?

Vaşinqtonda NATO-nun yaradılmasının 70-ci ildönümü ilə bağlı üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilib. NATO dünyanın ən nüfuzlu hərbi bloku sayılır. Orada ABŞ ən güclü orduya malikdir. Sonrakı yerdə Türkiyədir. Lakin indi NATO-nun məhz bu iki üzvü arasında müəyyən anlaşılmazlıq mövcuddur. Bu məsələ o dərəcədə qabarıb ki, təşkilatın 70 illik yubileyi ərəfəsində ciddi surətdə söz atışmaları özünü göstərib. Bu məqamdan bir sıra ölkələrin siyasi və ekspert dairələri istifadə etməyə çalışaraq, iki dövlət arasında münasibətləri daha da gərginləşdirməyə cəhd edirlər. Əslində, problemin mahiyyəti ciddi amillərlə bağlıdır.

Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın bütövlükdə hər bir NATO üzvünə etirazı meydana çıxdı. Amerika prezidenti açıq bəyan etdi ki, təşkilatın üzvləri Vaşinqtonun pulunu xərcləyir, lakin lazımi məqamda ona dəstək vermirlər. Bu səbəbdən NATO üzvləri təşkilata daha çox pul ayırmalıdırlar. Ancaq ABŞ-ın bu tələbinə onun ənənəvi müttəfiqləri olan Avropa dövlətləri ehtiyatla yanaşdılar. Bu cür yanaşma indi də müşahidə edilir. Fransa və Almaniya kimi böyük dövlətlər büdcədən NATO üçün 2 faiz ayırmağa elə də isti yanaşmırlar.

Bundan əlavə, Fransa və Almaniya Avropanın Amerikadan asılı olmayan öz ordusunu yaratmaq ideyasını irəli sürüblər. Bu məsələni daha çox Fransa prezidenti Emmanuel Makron gündəmə gətirir. Həmin səbəbdən də Fransada etiraz hərəkatı başlayıb. Prezident Donald Tramp açıq deyir ki, fransızlar onu daha çox sevirlər. Almaniyanın kansleri Angela Merkel də Vaşinqtonun hərbi çətirindən qurtulmağın tərəfdarıdır. Həmin səbəbdən Berlin-Vaşinqton xəttində soyuq küləklər əsməkdədir.

Bütün bunlar onu göstərir ki, Şimali Atlantika Alyansı daxilində fikir ayrılıqları az deyil və onu ancaq ABŞ-Türkiyə münasibətləri ilə məhdudlaşdırmaq olmaz. Bütövlükdə təşkilatın struktur və funksional ziddiyyətləri dərinləşməkdədir. Bu isə təbii olaraq üzv dövlətlər arasında etimadı zəiflədir. Onlar təhlükəsizliklərini təmin etmək üçün müstəqil hərəkət etməyə məcburdurlar. O da məntiqidir ki, belə gedişatda fikir ayrılıqları daha da dərinləşə bilər. Vaşinqton-Ankara xəttində müşahidə edilən gərginliyə bu prizmadan baxdıqda, maraqlı qənaətlər əldə etmək olur.

ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemləri almasını etirazla qarşılayıb. Vaşinqtonun fikrincə, bu sistemlər vasitəsilə Rusiya NATO-nun hərbi potensialının informasiya sahəsinə nüfuz edib, sirləri öyrənə bilər. Ancaq türk mütəxəssislər bunun əsassız olduğunu deyirlər. Çünki Yunanıstan çoxdandır ki, "S-400"lərdən istifadə edir, ancaq onların vasitəsilə NATO-ya hansısa zərərin dəydiyindən danışılmır. Bəs Türkiyəyə qarşı niyə belə mövqe tutulur?

Bunun müxtəlif səbəbləri qeyd olunur. Başlıca məqam kimi Türkiyənin müstəqil xarici siyasət yeritməsi göstərilir. Doğrudan da, Türkiyə artıq dünya miqyasında təsiri olan müstəqil mövqe nümayiş etdirir. O cümlədən Vaşinqtonun direktivlərini yerinə yetirməkdən imtina edir. Bu cür mövqe Ankaranın həm Vaşinqtonla, həm də Brüssellə əlaqələrinə mənfi təsir göstərir. Buna baxmayaraq, Ankara seçdiyi xətdən imtina etmir. “S-400”lərlə bağlı situasiya isə daha konkret amillərlə əlaqəlidir.

Türkiyənin “günahı”: müstəqil və güclü olmaq istəyi

Məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə terror dalğası güclənəndə Türkiyə NATO-dan hava sahəsini qorumasını istədi. Öncə bir neçə “Patriot” sistemini Türkiyə ərazisində yerləşdirdilər. Ancaq bu sistemləri yalnız ABŞ və Avropa hərbçiləri işlədə bilirlər. Onlar türklərin “Patriot”ları öyrənməsini təmin etmədilər. Üstəlik, Suriyadan Türkiyəyə terrorçular raket atanda və rus qırıcıları Türkiyə sərhədi ətrafında tüğyan edəndə, NATO-dan heç bir tərpəniş olmadı. Onda Ankara anladı ki, təhlükəsizliyinin havadan təmini böyük risk altındadır. Türkiyə öncə Rusiyaya məxsus qırıcını vurdu və sübut etdi ki, onun hava sərhədini pozanlar cəzasız qalmır. Nəticədə, iki dövlət arasında ciddi narazılıq yarandı. Lakin türklər bu ziddiyyəti də həll etdilər.

Digər tərəfdən, Ankara NATO-dan hava hücumundan müdafiə sistemləri ilə təmin olunmağı tələb edirdi. Bu dəfə də təşkilat sükut etdi. Bu halda Ankara digər böyük dövlətlərə üz tutmağa məcbur oldu. Çinlə bir müqavilə imzalandı. Moskva bunu duyub, Ankara ilə işləri nizama salmağa tələsdi. Nəticədə, Rusiya ilə Türkiyə "S-400" məsələsində razılaşdı. Türkiyə Çinlə imzalanan müqavilədən imtina etdi.

İki ölkə bütün sferalarda əlaqələri daha da genişləndirərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdilər. Hazırda Rusiya və Türkiyə sürətlə əməkdaşlığı inkişaf etdirirlər. Bu məqamda Vaşinqton tələb edir ki, Türkiyə “S-400”ləri almaqdan imtina etsin. Faktiki olaraq bununla Rusiya-Türkiyə münasibətlərində çat yaratmağa çalışırlar.

NATO-nun 70 illik yubileyi ərəfəsində də Amerikanın yüksək vəzifəli şəxsləri Türkiyəni hədələyən bəyanatlar verdilər. Onlar dedilər ki, belə getsə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcək, o cümlədən “F-35” qırıcılarını verməyəcəklər. Buna baxmayaraq, Ankara öz sözünü deyir. Amerikaya mesaj göndərildi ki, ya terrorçuları, ya da Türkiyəni seçsin. Vaşinqton terrorçuları seçməklə NATO-da uçurum yaratdı, təhlükəsizliyi riskə atdı. Bu səbəbdən də seçim etməli olan Vaşinqtondur. “S-400”lərə gəldikdə isə, Ankara sazişdən imtina etməyəcək. Eyni zamanda, “Patriot”ları da ala bilər.

Belə çıxır ki, Şimali Atlantika blokunun 70 illiyinin keçirildiyi bir vaxtda bu kimi problemlərin özünü göstərməsinin başlıca səbəbi Vaşinqtonun tutduğu mövqedir. Amerika özünün geosiyasi maraqları üçün istənilən müttəfiqini çətin vəziyyətə salmağa hazırdır. Almaniya, Fransa, Türkiyə bunu öz üzərlərində birbaşa hiss etdilər. Daha çox Türkiyə bu cür yanaşmadan əziyyət çəkir. Yaxın Şərqdə baş verən hadisələr fonunda bu məsələ daha aktual görünür. Hətta NATO-nun baş katibi Yens Stoltenberq etiraf edir ki, Yaxın Şərqdəki terrordan təşkilat üzvlərindən ən çox Türkiyə ziyan görüb. Çünki bu ölkə həmin regiondadır və sərhədləri boyu silahlı toqquşmalar baş verir.

Bundan başqa, məhz Amerika Türkiyəyə düşmən olan terror qruplarına yardım edir. Əsas olaraq PYD/YPG-yə hərtərəfli yardımlar edir. Düşündürücüdür ki, Vaşinqton bu mövqeyindən əl çəkmir. İndi də Yaxın Şərqdəki terror qruplarına Amerikadan silah və maliyyə yardımı davam edir. Belə bir şəraitdə Türkiyə nə etməlidir?

Əlbəttə, təhlükəsizliyini təmin etmənin qayğısına qalmalıdır. Bu yolda onu NATO-dan çıxarmaq istəsələr belə, geriyə dönüş olmamalıdır. Çünki söhbət, ümumiyyətlə, türk dövlətinin mövcudluğundan gedir. Bu baxımdan NATO-nun yubileyi ərəfəsi Vaşinqton boş yerə özünü yorub.

Ekspertlər bütün bunların fonunda Rusiya-Türkiyə münasibətlərinin daha da inkişaf edəcəyini proqnozlaşdırırlar. Doğrudur, Rusiyada bəzi ekspertlər yaranmış vəziyyəti Rusiyanın diktəsi kimi qələmə verməyə çalışırlar. Onlar guya Moskvanın Ankaraya ultimatum verərək, özünə yaxınlaşdırdığından dəm vururlar. Ancaq reallıq ondan ibarətdir ki, Türkiyə kifayət qədər böyük dövlətdir və onunla ultimatum dilində heç kimsə danışa bilməz. Belə olsaydı, indi Amerika ofsaydda qalmazdı.

Rusiya ilə Türkiyənin əməkdaşlığı hər iki tərəfə faydalıdır. Bütövlükdə Avrasiya geosiyasi məkanı üçün sərfəlidir. Çünki bu iki böyük dövlət geniş bir ərazidə təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə ciddi təkan verə bilərlər. Bu aspektdə hazırkı proseslərə nəzər salanda, Vaşinqton və Brüsselin daha çox narahat olması nəticəsini çıxara bilərik. Çünki Türkiyə NATO-dan çıxsa, daha müstəqil və daha güclü ola bilər. NATO üzvü olmaq da Ankaraya ziyan vermir. Yeganə şərt – Türkiyənin inkişafının qarşısında durmamaqdır. Vaşinqton bu istiqamətdə mövqeyini dəyişsə, Türkiyənin timsalında Yaxın Şərqin lider dövləti ilə dostluğu davam etdirə biləcək. Amerikanın başqa seçimi yoxdur!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk