DÜNYA
Nadir materiallardan istifadə olunmadan ilk hibrid mühərrik yaradılıb
Bakı, 14 iyul, AZƏRTAC
Yaponiyanın “Honda Motor Co” avtomobil istehsalçısı nadir yer materiallarından istifadə etmədən hibrid avtomobil mühərriki hazırlayıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, hibrid avtomobillərin yaradılmasının dəyərini azaldacaq.
AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, şirkət on il əvvəl avtomobil mühərriklərinin istehsalında nadir yer materiallarından istifadənin azaldılması ilə bağlı üzərinə öhdəlik götürüb və hazırda vədinə əməl etməyə başlayıb. Belə ki, “Honda” digər Yaponiya şirkəti “Daido Steel” ilə birlikdə hazırlanan yeni hibrid mühərriki təqdim edib.
Bu ilin payızında satışa çıxarılacaq kompakt "Freed” avtomobilləri ilk hibrid mühərriklərlə təchiz olunacaq.
Yeni mühərrikdə Şimali Amerika, Avstraliya və Çində hasil edilən yeganə yer elementi hesab olunan neodimdən istifadə edilib. Gələcəkdə şirkət hibrid mühərriklərin hazırlanmasında belə elementlərin istifadəsindən tamamilə imtina etməyi planlaşdırır.