REGİONLAR


Naftalanda Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib

Naftalan, 25 iyun, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən mayor Saleh Həsənovla görüşüb.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüş zamanı 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, müharibədə Vətənimizin igid oğullarının misilsiz qəhrəmanlıqlarından söhbət açılıb.

Vətən Müharibəsi Qəhrəmanı təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan, xalqımızın vətənpərvərliyindən, Vətən müharibəsi dövründə ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs edib. O, Ali Baş Komandana göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.